Verstappendən uğurlu çıxış

Formula 1 üzrə dünya çempionatının daha bir mərhələsi geridə qalıb. Bu mərhələdə qələbəni hollandiyalı pilot Maks Verstappen bayram edib. Mövsümdə ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Aston Martin Red Bull Racing təmsilçisi bununla da ümumi nəticədə xallarının sayını 216-a çatdırıb və hazırda şəxsi nəticədə 5-ci pillədə qərarlaşır. Digər iki yeri Scuderia Ferrari nümayəndələri, müvafiq olaraq Sebastyan Fettel və Kimi Raykkonen tutub.

Formula 1-də 5-ci çempionluğunu de – fakto təmin etmiş Lyuis Hamilton isə bu dəfə 4-cü yerlə kifayətlənib və britaniyalı pilotun aktivində hazırda 358 xal var. İkinci yerin sahibi S. Fettel ondan 64 xal geri qalır. K. Raykkonen 236 xalla üçüncüdür.

Formula 1 üzrə Dünya Çempionatının Meksika mərhələsi

          

VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər