Tyerrİ Nevİlldən İnamlı çıxış və lİderlİk mövqeyİ

 

Portuqaliya Ralli üzrə Dünya Çempionatının 6-cı mərhələsini qəbul edib. Bu mərhələdə azarkeşlər Tyerri Nevillin inamlı çıxışının şahidi olublar. Belçikalı pilot təyin olunan marşrutu 3 saat, 49 dəqiqə, 46.6 saniyəyə qət etməklə finişə birinci çatıb. “Ford” təmsilçiləri Elfin Evans və Tiimu Suninen müvafiq olaraq ikinci, üçüncü yerlərdə qərarlaşıblar.

6 mərhələdən sonra pilotların sıralanmasına gəlincə, Portuqaliyada əldə etdiyi qələbə T. Nevilli liderliyə yüksəltdi. İdmançının aktivində 119 xal var. Ondan 19 xal geri qalan Sebastyen Ojye ikinci, Ott Tyanak 72 xalla üçüncüdür.

Konstruktorların yarışında isə birincilik 175 xalla “HYUNDAI SHELL MOBIS WRT Hyundai” kollektivinə məxsusdur.

Mübarizə davam edir. 7-ci mərhələ 7-10 iyun tarixlərində İtaliyada keçiriləcək.  

 

Portuqaliya rallisi – Final nəticə (6-cı mərhələ)

1

Tyerri Nevill

Hyundai i20 Coupe WRC

3s. 49d. 46.6s.

2

Elfin Evans

Ford Fiesta WRC

3s. 50d. 26.6s.

3

Tiimu Suninen

Ford Fiesta WRC

3s. 50d. 33.9s.

4

Dani Sordo

Hyundai i20 Coupe WRC

3s. 50d. 47.5s.

5

Esapekka Lappi

Toyota Yaris WRC

3s. 50d. 51.3s.

6

Meds Östberq

Citroen C3 WRC

3s. 53d. 20.1s.

7

Kreyq Briin

Citroen C3 WRC

3s. 55d. 09.6s.

8

Pontus Tidemand

Škoda Fabia R5

4s. 03d. 57.4s.

9

Lukaj Pyeniajek

Škoda Fabia R5

4s. 06d. 03.9s.

10

Stefan Lefebvre

Citroen C3 R5

4s. 06d. 20.9s.

 

Pilotların sıralanması

Tyerri Nevill 119 xal

Sebastyen Ojye 100 xal

Ott Tyanak 72 xal

Dani Sordo 60 xal

Esapekka Lappi 55 xal

Andreas Mikkelsen 54 xal

Elfin Evans 45 xal

 

Konstruktorların sıralanması

  1.

  HYUNDAI SHELL MOBIS WRT    Hyundai

   175

  2.

  M-SPORT FORD WORLD RALLY TEAM Ford

   162

  3.

  TOYOTA GAZOO RACING WRT Toyota

   140

  4.

  CITROEN TOTAL ABU DHABI WRT Citroen

   111

 

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər