TYERRİ NEVİLL POLŞADA BİRİNCİ OLDU

Polşada Ralli üzrə Dünya Çempionatının mərhələ yarışı keçirilib. Sayca 8-ci mərhələdə ilk iki yeri “Hyundai Motorsport” komandasının təmsilçiləri tutub. Təyin olunan marşrutu birinci qət edən Tyerri Nevill 2 saat, 40 dəqiqə, 46.1 saniyə göstərici ilə mərhələnin qalibi adını qazanıb. Onun komanda yoldaşı Hayden Paddon finişə 2 saat, 42 dəqiqə, 10 saniyəyə çatmaqla ikinci yerlə kifayətlənib. Dəfələrlə dünya çempionu, “M-Sport” kollektivinin aparıcı pilotu Sebastyen Ojye isə bu dəfə qalibdən 2 dəqiqə, 20.8 saniyə geri qalmaqla üçüncü olub.

Bununla belə, 8 mərhələdən sonra ümumi nəticəyə liderlik hələ ki, S. Ojyeyə məxsusdur. Fransalı pilotun aktivində 160 xal var. T. Nevill 149 xalla ikincidir. Finlandiyalı Yari-Matti Latvala 112 xalla üçüncü pillədə qərarlaşır.

Mübarizə davam edir. Ralli üzrə Dünya Çempionatının 9-cu mərhələsi iyulun 27-30-u tarixlərində Finlandiyada təşkil olunacaq.