Tyanakdan İnamlı çıxış

Ralli üzrə Dünya Çempionatının 5-ci mərhələsi Argentinada keçirildi. “Toyota Yaris”in uğurları üçün çalışan estoniyalı Ott Tyanak bu komandanın heyətində ilk qələbəsinə imza atdı. İdmançı təyin olunan məsafəni 3 saat, 43 dəqiqə, 28.9 saniyəyə qət etdi. İkinci və üçüncü yeri isə “Hyundai” kollektivindən Tyerri Nevill və Dani Sordo tutdular.

“Açığı komandanı dəyişəndən sonra nə cür çıxış edəcəyini, hansı nəticələrə imza atacağını əvvəlcədən təxmin etmək çox çətin olur. Avtomobil mənim bütün tələblərimə tam cavab verdi. Komanda ilə iş birliyimiz də yüksək səviyyədədir. Odur ki, bu cür də davam etmək lazımdır. Kollektivdə hər kəs qələbə üçün çalışır və nə etdiyini çox gözəl bilir” – deyə O. Tyanak bildirib.    

Ralli üzrə Dünya Çempionatının 6-cı mərhələsi 17-20 may tarixlərlərində Portuqaliyada keçiriləcək.

 

Argentina rallisi – Final mərhələsinin nəticələri

1

Ott Tyanak

Toyota Yaris WRC

3s. 43d. 28.9san.

2

Tyerri Nevill

Hyundai i20 Coupe WRC

3s. 44d. 06.6san.

3

Dani Sordo

Hyundai i20 Couple WRC

3s. 44d. 44.6 san.

4

Sebastyen Ojye

Ford Fiesta WRC

3s. 45d. 27.5 san.

5

Andreas Mikkelsen

Hyundai i20 WRC

3s. 45d. 31.5 san.

6

Elfin Evans

Ford Fiesta WRC

3s. 46d. 35.2 san.

7

Kris Mik

Citroen C3 WRC

3s. 46d. 54.6 san.

8

Esapekka Lappi

Toyota Yaris WRC

3s. 48d. 01.5 san.

9

Tim Suninen

Ford Fiesta WRC

3s. 49d. 07.5 san.

10

Pontus Tidemand

Škoda Fabia R5

3s. 55d. 44.7 san.

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər