Türkİyə mərhələsİ: lİderlərİn fİaskosu

Ralli üzrə Dünya Çempionatı artıq başa çatmaq üzrədir. Həftəsonu Türkiyədə keçirilən 10-cu mərhələdə azarkeşlər “Toyota” pilotlarının uğurlu çıxışının şahidi olublar. Ən yüksək nəticəni isə Ott Tyanak göstərib. Estoniyalı sürücü təyin olunan marşrutu 3 saat, 59 dəqiqə, 24.5 saniyəyə başa vurmaqla əsas rəqibləri, ümumi nəticənin lideri Tyerri Nevill və dünya çempionu Sebastyen Ojyeni böyük xal fərqi ilə geridə qoyub. Onun komanda yoldaşı Yari-Matti Latvala ikinci, “Hyundai” təmsilçisi Hayden Paddon üçüncü yerlə kifayətlənib.

10 mərhələdən sonra ümumi nəticəyə gəlincə liderlik hələ ki, Tyerri Nevillə məxsusdur – 177 xal. Ondan cəmi 13 xal geri qalan O. Tyanak ikinci yeri tutur. S. Ojye 154 xalla üçüncüdür.

Ralli üzrə Dünya Çempionatının növbəti, 11-ci mərhələsi 4-7 oktyabr tarixlərində Böyük Britaniyada keçiriləcək. 

Ralli üzrə Dünya Çempionatı. Türkiyə (10-cu mərhələ)

1

Ott Tyanak

Toyota Yaris WRC

3saat 59dəq. 24.5san.

2

Yari-Matti Latvala

Toyota Yaris WRC

3s. 59d. 46.8s.

3

Hayden Paddon

Hyundai i20 Coupe WRC

4s. 01d. 10.8s.

4

Timu Suninen

Ford Fiesta WRC

4s. 03d. 35.4s.

5

Andreas Mikkelsen

Hyundai i20 Coupe WRC

4s. 06d. 36.2s.

6

Henninq Solberq

Škoda Fabia R5

4s. 13d. 05.1s.

7

Yan Kopeski

Škoda Fabia R5

4s. 17d. 49.7s.

8

Simon Tempestini

Citroen C3 R5

4s. 19d. 01.6s.

9

Kris İngram

Škoda Fabia R5

4s. 19d. 45.8s.

10

Sebastyen Ojye

Ford Fiesta WRC

4s. 20d. 15.7s.

 

FİA Ralli üzrə Dünya Çempionatı. Pilotların şəxsi nəticəsi

 

 

FİA Ralli üzrə Dünya Çempionatı. Komandaların nəticəsi

 

 

 

 

 

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər