Ted Byörk çempİon oldu

Avtomobil aləminin ən maraqlı çempionatlarından biri olan FIA World Touring Car Championship (WTCC) versiyalı yarışda da mövsüm başa çatdı. Qətərdə təşkil olunan mübarizədə “Castrol Honda World Touring Car Team”in üzvü Esteban Qerreri sonuncu, ikinci yarışda qələbə qazansa da, 10 mərhələdən ibarət çempionatın ümumi nəticəsində birinciliyi 283.5 xalla “Polestar Cyan Racing” kollektivindən Ted Byörk bayram etdi. Mövsümü 255 xalla başa vuran “Castrol Honda World Touring Car Team”in daha bir təmsilçisi Norbert Miçelis ikinci yeri tutdu. İlk üçlüyü isə “Sebastien Loeb Racing” təmsilçisi Tom Çilton 248.5 xalla qapadı.

İstehsalçıların yarışına gəlincə, burda ən yüksək nəticə “Volvo Polestar”a məxsusdur - 908.5 xal.

Bununla da, FIA World Touring Car Championship (WTCC) versiyalı yarışa yekun vuruldu.