TƏBİƏTİN SAHİBLƏNDİYİ AVTOMOBİLLƏR

Amerikalı fotoqraf Piter Lipman çəkdiyi şəkillərlə dünya ictimaiyyətinin, xüsusən də avtomobil həvəskarlarının marağına səbəb olub. Hazırda Parisdə yaşayan P. Lipman həmin layihəni hazırlamaq üçün iki il çalışıb. Bu müddət ərzində qədim və atılmış avtomobillərin axtarışına çıxan fotoqraf onları təbiətlə vəhdətdə, ətraf landşaftın qoynunda çəkməyə çalışıb və istəyini də uğurla həyata keçirib. Onun fotoaparatına tuş gələn nəqliyyat vasitələri o qədər köhnə olub ki, hətta üzərində otlar belə bitib. Müəllif həmin maşınları öz sahiblərinə sonadək xidmət etmiş, sonda isə xeyirli işlərə görə “avtomobil cənnətinə” düşmüş nəqliyyat vasitələri adlandırır.