STİV COBSUN QEYRİ – ADİ VƏRDİŞİ

“Apple” şirkətinin yaradıcısı, kompüter texnologiyasında yenilik edən Stiv Cobs həm də avtomobilləri çox sevirdi. Onun daha çox sevdiyi avtomobil isə Mercedes-Benz SL 55 AMG modeli idi. Lakin S. Cobsun qəribə vərdişi vardı. Amerikalı mütəxəssis nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan idarə etməyi xoşlayırdı. Kaliforniyanın yerli qanununa əsasən servisdən yeni alınmış avtomobili 6 ay müddətinə nömrəsiz idarə etmək olar. Odur ki. S. Cobs maşınını tez – tez dəyişirdi. Aldığı yeni avtomobil isə yenə də həmin model olurdu. Özü də avtosalon tanınmış insanın bu arzusunu böyük məmnuniyyətlə həyata keçirirdi. Belə ki, “Mercedes-Benz”in dilerləri bu əməkdaşlıqdan böyük gəlir əldə edirdi. S. Cobsun idarə etdiyi avtomobillər isə yeni modellərdən daha tez və baha qiymətə satılırdı.