Rİkkardonun mövsümdə İkİncİ qələbəsİ

Formula 1 üzrə Dünya Çempionatında mübazirə aparan pilotlar 6-cı mərhələ çərçivəsində Monakoda bir araya gəliblər. Gərgin və maraqlı anlarla yadda qalan yarış avstraliyalı Daniel Rikkardonun qələbəsilə başa çatıb. “Red Bull Racing” komandasının pilotu maşrutu 1 saat, 42 dəqiqə, 54.807 saniyə göstərici ilə birinci yerdə başa vurub. Xatırladaq ki, bu, D. Rikkardonun mövsümdə Azərbaycan Qran-prisindən sonra ikinci qələbəsidir. Uğurlu çıxışla o, yarışın favoritləri sayılan Sebastyan Fetteli (+7.336) və Lyuis Hamiltonu (17.013) geridə qoyub.

Bununla belə, pilotların ümumi sıralanmasına hələ də L. Hamilton başçılıq edir. “Mercedes” komandasının şərəfini qoruyan son dünya çempionu 110 xalla irəliləyir. Aktivində 96 xal olan. S. Fettel ikinci, 72 xala malik D. Rikkardo isə üçüncüdür.

Konstruktorların sıralanmasında da vəziyyət hələ ki, dəyiməz olaraq qalır. İlk üçlükdə müvafiq olaraq “Mercedes AMG Petronas Motorsport” (178 xal), “Scuderia Ferrari” (156 xal) və “Aston Martin Red Bull Racing” (107 xal) qərarlaşır.

Növbəti mərhələ bir həftə sonra Kanadada keçiriləcək.

 

 

2018 Formula 1 Monako Qran-prisi (6-cı mərhələ)
1 Daniel Rikkardo Red Bull Racing - 1 saat, 42 dəqiqə, 54.807 saniyə
2 Sebastyan Fettel  Ferrari 7.336
3 Lyuis Hamilton  Mercedes 17.013
4 Kimi Raykkonen  Ferrari 18.127
5 Valtteri Bottas  Mercedes 18.822
6 Esteban Okon  Force India 23.667
7 Pyer Qasli  Toro Rosso 24.331
8 Niko Hulkenberq  Renault 24.839
9 Maks Verstappen  Red Bull Racing 25.317
10 Karlos Saynz  Renault 1'09.013
11 Markus Eriksson  Sauber 1'09.864
12 Serxio Perez  Force India 1'10.461
13 Kevin Maqnussen  Haas 1'14.823
14 Stoffel Vandoorn  McLaren 1 lap
15 Romayn Qrojan  Haas 1 lap
16 Sergey Sirotkin  Williams 1 lap
17 Lens Stroll  Williams 2 laps
  Çarlz Leklerk  Sauber 8 laps
  Brendon Hartli  Toro Rosso 8 laps
  Fernando Alonzo  McLaren 26 laps

 

 

Pilotların şəxsi nəticəsi

L. Hamilton 110 xal

S. Fettel 96 xal

D. Rikkardo 72 xal

V. Bottas 68 xal

K. Raykkonen 60 xal

M. Verstappen 35 xal

F. Alonzo 32 xal

N. Hulkenberq 26 xal

K. Saynz 20 xal

K. Maqnussen 19 xal

 

Konstruktorların nəticəsi

Mercedes AMG Petronas Motorsport 178 xal

Scuderia Ferrari 156 xal

Aston Martin Red Bull Racing 107 xal

Renault Sport Formula One Team 46 xal

McLaren F1 Team 40 xal

 

 

 

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər