Rİkkardodan İnamlı qələbə

Avstraliyalı pilot Daniel Rikkardo Formula 1-in Çində təşkil olunan 3-cü mərhələsində qələbə qazanıb. Finiş xəttinə 1 saat, 35 dəqiqə, 36.380 saniyəyə çatan “Red Bull” komandasının sürücüsü bununla da mövsümdə ilk qələbəsini rəsmiləşdirib. “Nə baş verdiyini anlamadım. Görünür, mən yalnız qeyri – adı və maraqlı yarışlarda qələbə qazanıram. Düzünü desəm, uğurlu çıxış sərgiləyəcəyimizi gözləmirdim. Xüsusən də dünən. Düşünürdüm ki, final mərhələsindəki çıxışıma son sıralarda başlayacam. Lakin belə olmadı və qazanılan qələbəyə görə komandama, xüsusən də mexaniklərə təşəkkür edirəm” – deyə D. Rikkardo yarışla bağlı təəssüratlarını bölüşərkən bildirib.

Digər nəticələrə gəlincə, “Mercedes” təmsilçisi Valtteri Bottas qalibdən 8.894 saniyə gec nəticə ilə ikinci yeri tutub. “Ferrari” pilotu Kimi Raykkonen isə bu dəfə üçüncü yerlə kifayətlənib.

3 mərhələdən sonra pilotların ümumi sıralanmasına gəlincə, Çində o qədər də bəxti gətirməyən və yalnız 8-ci yeri tutan Sebastyan Vettel 54 xalla ümumi sıralanmaya başçılıq edir. İkinci və üçüncü yerlərdə isə “Mercedes” təmsilçiləri, müvafiq olaraq Lyuis Hamilton (45 xal) və Valtteri Bottas qərarlaşır (40 xal).

Konstruktorların mübarizəsində isə liderlik 85 xalla “Mercedes AMG Petronas Motorsport” kollektivinə məxsusdur. Ondan yalnız bir xal geri qalan “Scuderia Ferrari” ikinci, “Aston Martin Red Bull Racing” 55 xalla üçüncüdür.

Mübarizə davam edir. 4-cü mərhələdə pilotlar Bakı halqasında mübarizə aparacaqlar. Azərbaycan Qran-prisi  27-29 apreldə baş tutacaq.

 

Çin Qran-prisinin nəticəsi (3-cü mərhələ)

1 Daniel Rikkardo Red Bull Racing - 1 saat, 35 dəqiqə, 36.380 saniyə
2 Valtteri Bottas Mercedes +8.894
3 Kimi Raykkonen Ferrari +9.637
4 Luis Hamilton Mercedes +16.985
5 Maks Verstappen Red Bull Racing +20.436
6 Niko Hulkenberq Renault +21.052
7 Fernando Alonso McLaren +30.639
8 Sebastyan Vettel Ferrari +35.286
9 Karlos Saynz Renault +35.763
10 Kevin Maqnussen Haas +39.594
11 Esteban Okon Force India +44.050
12 Serxio Perez Force India +44.725
13 Stoffel Vandorn McLaren +49.373
14 Lens Stroll Williams +55.490
15 Serqey Sirotkin Williams +58.241
16 Markus Eriksson Sauber +1'02.604
17 Romayn Qrojan Haas +1'05.296
18 Pyer Qasli Toro Rosso +1'06.330
19 Çarz Leklerk Sauber +1'22.575
20 Brendon Hartli Toro Rosso DNF


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər