Rallİ yarışında dördüncü mərhələ

Ralli üzrə dünya çempionatında dördüncü mərhələ arxada qalıb. Fransada keçirilən yarışda birinci yeri “M-Sport” komandasının təmsilçisi Sebastyen Ojye tutub. İdmançının yekun nəticəsi 3 saat, 26 dəqiqə, 52.7 saniyə olub. Ott Tanak ikinci, Tyerri Nevil isə üçüncü yerlə kifayətlənib.

Məlumat üçün deyək ki, bu, S. Ojyenin mövsümdə üçüncü qələbəsidir. Bunadək o, Monte-Karlo və Meksika mərhələsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Doğma arenada qazandığı qələbə ilə S. Ojye ümumi nəticədə də liderliyini möhkəmlədib.

Ralli üzrə dünya çempionatının növbəti mərhələsi 26-29 aprel tarixlərində Argentinada keçiriləcək.   

 

Fransa rallisinin yekun nəticəsi

1

Sebastyen Ojye

Ford Fiesta WRC

3 saat 26dəq. 52.7san.

2

Ott Tanak

Toyota Yaris WRC

3 saat 27 dəq. 28.8 san.

3

Tyerri Nevill

Hyundai i20 Coupe WRC

3 saat 28 dəq. 00.2 san.

4

Dani Sordo

Hyundai i20 Couple WRC

3 saat 28 dəq.55.3 san.

5

Elfin Evans

Ford Fiesta WRC

3 saat 28 dəq.58.8 san.

6

Esapekka Lappi

Toyota Yaris WRC

3 saat 29 dəq.26.2 san.

7

Andreas Mikkelsen

Hyundai i20 WRC

3 saat 29 dəq.36.1 san.

8

Jan Kopeski

Skoda Fabia R5

3 saat 37 dəq.27.5 san.

9

Kris Mik

Citroen C3 WRC

3 saat 37 dəq.33.2 san.

10

Yoann Bonato

Citroen C3 R5

3 saat 39 dəq.18.7 san.

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər