Rallİ – kross yarışında yenİ rekord

Yohan Kristofferson Ralli-kross üzrə Dünya Çempionatının Latviyada keçirilən 9-cu mərhələsində də qələbə qazanıb. Məlumat üçün deyək ki, mövsümə iddialı başlayan pilot ardıcıl olaraq 8 mərhələdə fəxri kürsünün ən yüksək pilləsinə qalxır. Ralli-kross yarışında hələ heç kim bu sayda ardıcıl qələbələr seriyası ilə yadda qalmayıb. Əldə olunan nəticələrlə Y. Kristofferson mövsümün bitməsinə 3 mərhələ qalmış demək olar ki, çempionluğunu da de-fakto rəsmiləşdirib. Latviya mərhələsində digər yerləri isə Mattias Ekström və Sebastyen Löb tutub.

Ümumi nəticəyə gəlincə, pilotların sıralanmasında ilk üç yerdə müvafiq olaraq Y. Kristoffersson, M. Ekström və A. Bakkerud qərarlaşır.

Komandaların ümumi nəticəsinə isə 429 xalla “PSRX VOLKSWAGEN SWEDEN” başçılıq edir.

10-cu mərhələ sentyabrın 29-da Amerika Birləşmiş Ştatlarında keçiriləcək.  

 

 

       

 

           

 

 

 

 

 

 

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər