Rallİ–kross Portuqalİyada

Ralli–kross üzrə Dünya Çempionatının növbəti mərhələsi arxada qalıb. Portuqaliyada təşkil olunan sayca ikinci mərhələdə qələbəni Yohan Kristoffersson aktivinə yazıb. “Volkswagen” komandasının təmsilçisi marşrutu 4 dəqiqə, 16.859 saniyə nəticə ilə başa vurub. Dünya çempionu Sebastyen Löb bu dəfə ikinci yerlə kifayətlənib. İlk üçlüyü isə Petter Solberq qapayıb.

2 mərhələdən sonra ümumi nəticəyə də 53 xalla Y. Kristoffersson başçılıq edir. Aktivində 44 xal olan “Audi” təmsilçisi Andreas Bakkerud ikinci pillədə qərarlaşır. Ondan yalnız 1 xal geri qalan P. Solberq üçüncü yeri tutur.

Mübarizə davam edir. Növbəti mərhələ 12-13 may tarixlərində Belçikada keçiriləcək.

Portuqaliya rallisinin nəticələri (2-ci mərhələ)

 

Sürücülər

Yer

Vaxt

Xal

1.

Yohan KRISTOFFERSSON

1

04:16.859

8

2.

Sebastyen LÖB

2

04:19.112

5

3.

Petter SOLBERQ

3

04:20.797

4

4.

Andreas BAKKERUD

4

04:23.501

3

5.

Gerlayn ÇIÇERIT

5

04:26.425

2

6.

Timmi HANSEN

6

04:38.103

1

 

Pilotların sıralanması

Yohan KRISTOFFERSSON   53 xal

Andreas BAKKERUD            44 xal

Petter SOLBERQ                    43 xal

Sebastyen LÖB                       39 xal

Timmi HANSEN                     36 xal

Mattias Ekström                     36 xal

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər