Rallİ-kross çempİonatı başa çatdı

FİA Ralli-kross üzrə dünya çempionatında 2018-ci il mövsümü başa çatdı. Ümumilikdə 12 mərhələdən ibarət çempionatın Cənubi Afrikada keçirilən son mərhələsində azarkeşlər Yohan Kristofferssonun inamlı çıxışının şahidi oldular.  29 yaşlı pilot təyin olunan marşrutu 4 dəqiqə, 12.787 saniyə nəticə ilə başa vuraraq ümumi xallarının sayını 341-ə çatdırdı. Beləliklə, 12 mərhələnin 11-də finişə birinci gələn Volkswagen təmsilçisi mövsümün də çempionu adını qazandı.

Mattias Ekström 248 xalla ikinci, Andreas Bakkerud 237 xalla üçüncü yeri tutdu.

Komandaların yarışında isə qələbəni Volkswagen bayram etdi.

2019-cu ilin Ralli – kross üzrə dünya çempionatı 11 mərhələdən ibarət olacaq. Mübarizə 5-6 aprel tarixlərində Əbu Dabi mərhələsi ilə start götürəcək.    

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər