Qələbə yürüşü

Yeni Azərbaycan Partiyası və Azərbaycan Avtomobil Federasiyası bu il aprelin 11-də keçirilən prezident seçkilərində layiqli namizədin qələbəsini qeyd etmək məqsədilə avtomobil yürüşü təşkil edib. Yürüşdə 100-ə yaxın “offroad” avtomobili iştirak edib. Start Heydər Əliyev Mərkəzinin qarşısından verilib. Yürüşdə Yeni Azərbaycan Partiyasının və Azərbaycan Avtomobil Federasiyasının üzvlərinin iştirak ediblər. İştirakçılar prezident seçkilərinin uğurla başa çatması və Yeni Azərbaycan Partiyasının seçkilərdəki namizədi İlham Əliyevə dəstək ifadə edən şüar və bayraqlarla Bakının mərkəzi küçələri ilə hərəkət ediblər.

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər