PİLOTSUZ AVTOMOBİLLƏR DÜNYASI

Böyük Britaniya  2015-ci ilin yanvar ayından avtomobillərin pilotsuz idarə olunması istiqamətində təcrübələr həyata keçirəcək. Bu məqsədlə avtomobil sənayesində lider olan şirkətlərlə də danışıqlar aparılır. Məqsəd qeyd olunan sahədə birinci olmaq və liderliyi ələ keçirməkdir. Pilotsuz avtomobilləri ilk olaraq Bristol şəhərinin küçələrində görmək mümkün olacaq. Test yürüşlərində Jaguar Land Rover, Tata Motors və Ford şirkətləri işirak edəcək. Layihənin reallaşması üçün 24.4 mln. avro vəsait ayrılıb və təcrübələr təxminən 3 il davam edəcək.

Lakin qeyd olunan sahədə yalnız Böyük Britaniya alimləri çalışmır. Amerikalı tədqiqatçılar da ilk baxışdan nağıl kimi görünən pilotsuz avtomobillər dünyasını qurmaq istiqamətində konkret addımlar atır. Qeyd olunan sahədə xüsusi fəallıq göstərən Audi və Mercedes şirkətləridir. Tədqiqat işləri Kaliforniya ştatında həyata keçirilir.

Alimləri maraqlandıran və narahat edən digər amil isə aparılan sınaqlarla yanaşı, pilotsuz avtomobilləri ictimaiyyətin necə qarşılayacağıdır. Onların fikrincə, bir insanın öz həyatını və təhlükəsizliyini bütövlükdə texnikaya etibar etməsi üçün psixoloji işlər aparılmalıdır. Bu arada, britaniyalı sosioloqlar məsələyə cəmiyyətin mövqeyini öyrənmək üçün artıq araşdırmalara başlayıblar.  


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər