Ojyedən mükəmməl çıxış

“M-Sport Ford” komandasının pilotu Sebastyen Ojye Ralli üzrə Dünya Çempionatında çıxışının 10-cu ildönümünü qələbə ilə qeyd etdi. Meksikada təşkil olunan mərhələ yarışında 3 saat, 54 dəqiqə, 08.0 saniyə nəticə ilə finiş xəttinə birinci çatan idmançı ümumi sıralamada da liderliyi ələ keçirdi. Maraqlıdır ki, fransalı pilot Dünya Ralli Çempionatında debüt çıxışını da 2008-ci ildə məhz Meksikada etmişdi.

“Fantastika! Meksika marşrutu mənim üçün xüsusi önəm kəsb edir. Burada mən bir neçə dəfə fəxri kürsüyə qalxmışam və bu gün dördüncü qələbəmi qeyd edirəm. Qələbə üçün əlimizdən gələni etdik, sonadək mübarizə apardıq və avtomobil özünü mükəmməl apardı”. Bu sözləri Ojye karyerasında 42-ci zəfərini şərh edərkən bildirib.

Meksika mərhələsində digər iki yeri müvafiq olaraq ispaniyalı Dani Sordo (+1.13,6) və britaniyalı pilot Kris Mik (+1.29, 2) tutub.

Ralli üzrə Dünya Çempionatı yenidən Avropaya qayıdır. Belə ki, növbəti, 4-cü mərhələ 5-8 aprel tarixlərində Fransada təşkil olunacaq.

 

Mexiko Rallisi. 3-cü mərhələ – Final nəticə

 

1.   Sebastyen Ojye

Ford Fiesta WRC

3:54:08.0

2.   Dani Sordo

Hyundai i20 Coupe WRC

3:55:11.6

3.   Kris Mik

Citroën C3 WRC

3:55:27.2

4.   Andreas Mikkelsen

Hyundai i20 Coupe WRC

3:55:46.4

5.   Sebastyen Löb

Citroën C3 WRC

3:56:32.6

6.  Tyerri Nevill

Hyundai i20 Coupe WRC

4:03:11.0

7.   Pontus Tidemand

Škoda Fabia R5

4:04:32.7

8.   Yari-Matti Latvala

Toyota Yaris WRC

4:09:45.1

9.   Qus Qrinsmit

Ford Fiesta R5

4:11:17.3

10. Pedro Heller

Ford Fiesta R5

4:18:26.1

  

Pilotların ümumi sıralanması

 

  1. Sebastyen Ojye 56 xal
  2. Tyerri Nevill 52 xal
  3. Andreas Mikkelsen 35 xal
  4. Kris Mik 32 xal
  5. Yari-Matti Latvala 31 xal
  6. Ott Tanyak 26 xal

 

 

 

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər