Ojye Uelsdə bİrİncİ oldu

Ralli üzrə Dünya Çempionatının 11-ci mərhələsi də geridə qaldı. Böyük Britaniyada təşkil olunan mərhələ yarışında azarkeşlər dünya çempionu Sebastyen Ojyenin inamlı çıxışının şahidi olublar. Ford təmsilçisi təyin olunan marşrutu 3 saat, 6 dəqiqə, 12.5 saniyəyə qət etməklə ümumi nəticədə mövqeyini bir qədər yaxşılaşdırıb və hazırda ikinci pillədədir. İdmançının aktivində 182 xal var və o, ümumi nəticənin lideri T. Nevilldən cəmi 7 xal geri qalır.

Uels mərhələsində digər iki yeri Toyota təmsilçiləri, müvafiq olaraq Yari-Matti Latvala və Esapekka Lappi tutub.

Qarşıda pilotları daha iki mərhələ gözləyir. 25-28 oktyabr tarixlərində İspaniya və 15-18 oktyabrda Avstraliya mərhələlərindən sonra 2018-ci il Ralli üzrə Dünya Çempionunun adı məlum olacaq. 

 

Ralli üzrə Dünya Çempionatının Uels mərhələsi

1

Sebastyen Ojye

Ford Fiesta WRC

3saat 06dəq. 12.5san.

2

Yari-Matti Latvala

Toyota Yaris WRC

3saat 06dəq. 23.1san.

3

Esapekka Lappi

Toyota Yaris WRC

3saat 06dəq. 47.6san.

4

Kreyq Brin

Citroen C3 WRC

3saat 07dəq. 22.9san.

5

Tyerri Nevill

Hyundai i20 Coupe WRC

3saat 07dəq. 26.9san.

6

Andreas Mikkelsen

Hyundai i20 Coupe WRC

3saat 07dəq. 28.4san.

7

Hayden Paddon

Hyundai i20 Coupe WRC

3saat 07dəq. 30.9san.

8

Mads Östberq

Citroen C3 WRC

3saat 07dəq. 34.1san.

9

Kalle Rovanpera

Škoda Fabia R5 (WRC 2)

3saat 15dəq. 27.2san.

10

Pontus Tidemand

Škoda Fabia R5 (WRC 2)

3saat 17dəq. 01.4san.

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər