Ojye çempİonluğa bİr addım da yaxınlaşdı

Klassik Ralli üzrə Dünya Çempionatının 2018-ci il mövsümü də artıq başa çatmaq üzrədir. Turnirin İspaniyada keçirilən 12-ci mərhələsi gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Qələbəni isə 9 dəfə dünya çempionu Sebastyen Löb bayram edib. Pilot təyin olunan marşrutu 3 saat, 12 dəqiqə, 08.0 saniyə nəticə ilə qət edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Lakin bu qələbə təsəllidən başqa bir şey deyil. Belə ki, 2018-ci il mövsümündə ardıcıl uğursuzluqlar seriyası S. Löbü 13-cü pilləyə yuvarladıb. Bu arada, birincilik uğrunda əsas mübarizə Sebastyen Ojye ilə Tyerri Nevill arasında gedir. S. Ojye İspaniyada 2-ci yeri tutmaqla çempionluq şanslarını bir qədər də artırmış olub. Hazırda onun aktivində 204 xal var. T. Nevill isə bu dəfə 4-cü yerlə kifayətlənməklə xalların sayını 201-ə çatdırdı.

Qarşıda pilotları sonuncu, 13-cü mərhələ gözləyir. Həmin yarış 15-18 noyabr tarixlərində Avstraliyada keçiriləcək.    

Ralli üzrə Dünya Çempionatının İspaniya mərhələsi

1

Sebastyen Löb

Citroen C3 WRC

3saat 12dəq 08.0san

2

Sebastyen Ojye

Ford Fiesta WRC

3saat 12dəq 10.9san

3

Elfin Evans

Ford Fiesta WRC

3saat 12dəq 24.5san

4

Tyerri Nevill

Hyundai i20 Coupe WRC

3saat 12dəq 25.0san

5

Dani Sordo

Hyundai i20 Coupe WRC

3saat 12dəq 26.6san

6

Ott Tyanak

Toyota Yaris WRC

3saat 13dəq 11.9san

7

Esapekka Lappi

Toyota Yaris WRC

3saat 13dəq 24.6san

8

Yari-Matti Latvala

Toyota Yaris WRC

3saat 13dəq 34.4san

9

Kreyq Briin

Citroen C3 WRC

3saat 14dəq 15.0san

10

Andreas Mikkelsen

Hyundai i20 Coupe WRC

3saat 14dəq 56.2san

 

VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər