Ojye 6-cı dəfə dünya çempİonu oldu

2018-ci ilin klassik rally üzrə dünya çempionatı başa çatdı. 13 mərhələdən ibarət yarışın sonuncu mərhələsində pilotlar Avstraliyada mübarizə apardılar. Finişə birinci gələn finlandiyalı Yari-Matii Latvala olsa da, bu il çempion adını qazanmaq Toyota təmsilçisinə nəsib olmadı. Mövsümün qalibi adına fransalı Sebastyen Ojye layiq görüldü. Avstraliyada 5-ci olmasına baxmayaraq aktivindəki 219 xal onu rəqibləri üçün əlçatmaz etdi və M-Sport komandasının təmsilçisi ardıcıl 6-cı dəfə çempion titulunu qazandı.

“Bu mövsüm inanılmaz anlar, uğurlar, yaxud məğlubiyyətlərlə yadda qaldı. Düzünü desəm, mövsüm ərzində çempionluq sevinci yaşamağın çətin olacağını düşünürdük. Lakin təslim olmurduq. Qələbə üçün bütün gücümüzü ortaya qoyurduq. Yekunda mövsümün bitməsinə bir mərhələ qalmış liderlik mövqeyinə çıxdıq və çempion olduq”. Bu sözləri S. Ojye Twitter səhifəsində paylaşıb.

Yeri gəlmişkən, dünya çempionatında ikinci və üçüncü yerləri müvafiq olaraq Tyerri Nevill və Ott Tyanak tutub.

Komandaların yarışında isə birinciliyi Toyota komandası 368 xalla bayram edib.

Ralli üzrə dünya çempionatı. Avstraliya mərhələsi

1

Yari-Matti Latvala

Toyota Yaris WRC

2saat 59dəq 52.0san.

2

Hayden Paddon

Hyundai i20 Coupe WRC

3 saat 00 dəq 24.5 san.

3

Mads Östberq

Citroen C3 WRC

3 saat 00 dəq 44.2 san.

4

Esapekka Lappi

Toyota Yaris WRC

3 saat 00 dəq 54.3 san.

5

Sebastyen Ojye

Ford Fiesta WRC

3 saat 02 dəq 22.8 san.

6

Elfin Evans

Ford Fiesta WRC

3 saat 02 dəq 57.1 san.

7

Kreyq Brin

Citroen C3 WRC

3 saat 08 dəq 51.0 san.

8

Alberto Heller

Ford Fiesta R5

3 saat 22 dəq 20.5 san.

9

Stiv Qlenni

Škoda Fabia R5

3 saat 26 dəq 53.8 san.

10

Courdan Serderidis

Ford Fiesta WRC

3 saat 35 dəq 06.1 san.

 

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər