Nevİll İsveçdə bİrİncİ oldu

İsveçdə ralli üzrə Dünya Çempionatının mərhələ yarışı keçirilib. Sayca ikinci mərhələdə qələbəni belçikalı pilot Tyerri Nevill bayram edib. İdmançı finiş xəttinə 2 saat, 52 dəqiqə, 13.1 saniyəyə çatıb. Bununla da o, ümumi nəticədə də liderliyi ələ keçirib və son dünya çempionu, bütün gözlənilənlərin əksinə olaraq İsveçdə yalnız 10-cu yerdə qərarlaşan Sebastyen Ojyeni 11 xal qabaqlayır.

Qazandığı uğurla bağlı fikirlərini bölüşən T. Nevill bunları deyib: “Olduqca qeyri adi həftə yaşadıq. Düzünü desəm, bu il İsveçdə belə sürət nümayiş etdirəcəyimizi heç gözləmirdim. Ötən il qələbələrə daha çox layiq idik. Hər halda, bu gün biz qalibik və bu, komandada çalışan 200-dən çox əməkdaşın gərgin əməyinin nəticəsidir. Odur ki, bu mərhələdə qələbə qazandığımız üçün çox xoşbəxtəm və böyük səbirsizliklə növbəti mərhələni gözləyirik”.

İsveç mərhələsində digər iki yeri isə müvafiq olaraq Kreyq Brin və Andreas Mikkelsen tutub. Yeri gəlmişkən, K. Brin qalibdən təxminən 20 saniyə geri qalıb ki, bu da onun karyerasında ən yaxşı göstəricidir.

Mübarizə davam edir. Növbəti mərhələ 8-11 mart tarixlərində Meksikada təşkil ediləcək.  

 

İsveçdə Ralli üzrə Dünya Çempionatının yekun nəticələri:

 

1.   Tyerri Nevill

Hyundai i20 Coupe WRC

2s. 52d. 13.1 san.

2.   Kreyq Brin

Citroën C3 WRC

2s. 52d. 32.9 san.

3.   Andreas Mikkelsen

Hyundai i20 Coupe WRC

2s. 52d. 41.4 san.

4.   Esapekka Lappi

Toyota Yaris WRC

2s. 52d. 58.9 san.

5.   Hayden Paddon

Hyundai i20 Coupe WRC

2s. 53d. 07.5 san.

6.   Mads Östberq

Citroën C3 WRC

2s. 53d. 28.4 san.

7.   Yari-Matti Latvala

Toyota Yaris WRC

2s. 54d. 18.0 san.

8.   Timu Suninen

Ford Fiesta WRC

2s. 55d. 05.3 san.

9.   Ott Tyanak

Toyota Yaris WRC

2s. 55d. 57.5 san.

10. Sebastyen Ojye

 Ford Fiesta WRC

3s. 00d. 58.5 san.

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər