MÜASİR AVTOMOBİL TURİZMİ

Müasir dövrdə avtoturistlər səyahət zamanı əsasən karvan (carvaning) və ya safariyə üstünlük verir. Karvan dedikdə qoşqu, yaxud furqonlarda yaşamaq başa düşülür. Bu cür istirahəti Avropa və ABŞ sakinləri daha çox sevir. Onlar açıq təbiətdə çadırlar qurur, müasir texnologiyadan imkan daxilində uzaq düşməyə və sözün əsil mənasında dincəlməyə çalışırlar. Həmin turistlər hər ilin 24 sentyabr tarixini ənənəvi olaraq “karvançı günü” kimi qeyd edirlər. Rusiyada isə "karvançı günü" konkret tarixdə deyil, yay mövsümünün əvvəlində qeyd olunur.

Bu gün insanlara avtoturizm xidmətləri təqdim edən ixtisaslaşmış agentliklər fəaliyyət göstərir. Onlar marşrutların, otel, düşərgə və yataqxanaların seçilməsi, vizanın alınması və s. kimi önəmli işlərlə məşğul olur, turistlər üçün sərbəst, sərfəli şəkildə, ən əsası isə əvvəlcədən ən xırda detaladək planlaşdırılmış səyahətlər təklif edirlər. Bunun üçün turistlər daha çox yolsuzluq üçün nəzərdə tutulmuş, texniki qulluğu mürəkkəb olmayan, dözümlü idman avtomobillərindən yararlanır. Hazırda avtoturizm Avropada və ABŞ-da (xüsusən də, Şimali Amerikada), həmçinin Skandinaviya ölkələri, o cümlədən Finlandiya və İsveçdə xüsusilə məşhurdur.

VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər