Mövsümdə İlk qələbə

Formula 1 üzrə dünya çempionatının 9-cu mərhələsi Maks Verstappenin inamlı çıxışı ilə yadda qalıb. Gərgin və maraqlı mübarizədə finişə birinci gələn hollandiyalı pilot bununla da mövsümdə ilk, karyerası ərzində isə 4-cü qələbəsinə imza atıb.  Yarışda birinciliyə iddialı əsas pilotlar – Kimi Raykkonen (+ 1.504) və Sebastyan Fettel (3.181) müvafiq olaraq ikinci, üçüncü yerləri tutublar. Verstappen Ferrarinin hər iki təmsilçisini yalnız son dövrələrdə geridə qoymağı bacarıb.

Avstriya mərhələsi Mercedes pilotları üçün ümumiyyətlə uğursuz başa çatıb. Xüsusən də Fransa mərhələsində qələbə qazanmaqla liderliyi özünə qaytaran Lyuis Hamilton bu dəfə 64-cü dövrədə bolidin müəhərrikində, Valtteri Bottas isə 15-ci dövrədə ötürücü qutuda yaşanan problem səbəbindən mübarizəni yarımçıq dayandırmaq məcburiyyətində qalıblar. Nəticədə, britaniyalı dünya çempionu növbəti dəfə ümumi sıralamada liderliyi əldən verib. Hazırda lider 146 xalla S. Fetteldir. Lakin nəzərə alsaq ki, onunla L. Hamilton arasında cəmi 1 xal fərqi var, deməli növbəti, Böyük Britaniya mərhələsində vəziyyət yenə dəyişə bilər.

Məşhur Silverstoun dövrələrində keçiriləcək Formula 1 üzrə dünya çempionatının 10-cu mərhələsi iyulun 8-də baş tutacaq.      

 

2018 Formula 1 Avstriya Qran-prisi. FİNAL

1 Maks Verstappen Red Bull Racing
2 Kimi Raykkonen Ferrari 1.504
3 Sebastyan Fettel Ferrari 3.181
4 Romayn Qrojan Haas 1 lap
5 Kevin Maqnussen Haas 1 lap
6 Esteban Okon Force India 1 lap
7 Serxio Perez Force India 1 lap
8 Fernando Alonso McLaren 1 lap
9 Çarlz Leklerk Sauber 1 lap
10 Markus Eriksson Sauber 1 lap
11 Pyer Qasli Toro Rosso 1 lap
12 Karlos Saynz Renault 1 lap
13 Lens Stroll Williams 2 laps
14 Serqey Sirotkin Williams 2 laps
15 Stoffel Vandorn McLaren 6 laps
16 Lyuis Hamilton Mercedes 9 laps
17 Brendon Hartli Toro Rosso 17 laps
18 Daniel Rikkardo Red Bull Racing 18 laps
19 Valtteri Bottas Mercedes 58 laps
20 Niko Hulkenberq Renault 60 laps

 

Pilotların şəxsi nəticəsi

Sebastyan Fettel – 146 xal

Lyuis Hamilton – 145 xal

Kimi Raykkonen – 101 xal

Daniel Rikkardo – 96 xal

Maks Verstappen – 93 xal

 

Konstruktorların nəticəsi

Scuderia Ferrari – 247 xal

Mercedes AMG Petronas Motorsport – 237 xal

Aston Martin Red Bull Racing – 189 xal

Renault Sport Formula One Team – 62 xa

Haas F1 Team – 49 xal

 

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər