Mövsümdə İkİncİ qələbə

Azərbaycan Qran-prisinin qalibi, “Mercedes”in britaniyalı pilotu Lyuis Hamilton İspaniyada təşkil olunan 5-ci mərhələ yarışını da qələbə ilə başa vurdu. Son dünya çempionu ən yaxın rəqibi, komanda yoldaşı Valtteri Bottası 20.593 saniyə geridə qoymaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Üçüncü yerin sahibi Maks Verstappen isə qalibdən 26.873 saniyə geri qaldı.

Ümumi nəticəyə gəlincə, İspaniya dövrələrində qazandığı qələbə ilə həm karyerasında 64-cü uğurunu rəsmiləşdirən, həm də yeni mövsümdə xal ehtiyatını 95-ə çatdıran L. Hamilton liderliyini davam etdirir. S. Fettel 78 xalla ikinci pillədə qərarlaşır. Üçüncü yerin sahibi V. Bottasın 58 xalı var.   

Konstruktorların yarışında isə ilk üçlükdə müvafiq olaraq “Mercedes AMG Petronas Motorsport”, “Scuderia Ferrari” və “Aston Martin Red Bull Racing” kollektivləri qərarlaşır.

Növbəti, 6-cı mərhələnin qalibi mayın 27-də Monakoda məlum olacaq.

 

2018 İspaniya Qran-prisi (V mərhələ)
1 Luis Hamilton Mercedes -
2 Valtteri Bottas Mercedes               20.593
3 Maks Verstappen Red Bull Racing         26.873
4 Sebastyan Fettel Ferrari                 27.584
5 Daniel Rikkardo Red Bull Racing 50.058
6 Kevin Maqnussen Haas 1 lap
7 Karlos Saynz Renault 1 lap
8 Fernando Alonzo McLaren 1 lap
9 Serxio Perez Force India 2 laps
10 Çarlz Leklerk Sauber 2 laps
11 Lens Stroll Williams 2 laps
12 Brendon Hartli Toro Rosso 2 laps
13 Markus Eriksson Sauber 2 laps
14 Sergey Sirotkin Williams 3 laps
 Stoffel Vandurn McLaren  
 Esteban Okon Force India  
 Kimi Raykkonen Ferrari  
 Niko Hulkenberq Renault  
 Pyer Qasli Toro Rosso
 Romeyn Qrojan Haas

 

Pilotların şəxsi nəticəsi

1. L. Hamilton               95 xal

2. S. Fettel                     78 xal

3. V. Bottas                             58 xal

4. K. Raykkonen            48 xal

5. D. Rikkardo               47 xal

6. M. Verstappen                     33 xal

7. F. Alonzo                             32 xal

 

Komandaların sıralanması

  1. Mercedes AMG Petronas Motorsport                  153 xal
  2. Scuderia Ferrari                                         126 xal
  3. Aston Martin Red Bull Racing                             80 xal
  4. Renault Sport Formula One Tea       m                41 xal
  5. McLaren F1 Team                                      40 xal 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər