Montoyya 3 İldən sonra qələbə sevİncİ yaşadı

IMSA WeatherTeach SportsCar Championship seriyalı ABŞ idman avtomobili birinciliyində Acura Sports Car Challenge at Mid-Ohio komandasının ekipajları Xuan Pablo Montoyya və Deyna Kameron çempionatın 4-cü mərhələsində qalib gəlib. DPİ kateqoriyasının liderləri ilə yarışda Montoyyanın ekipajı “Mazda” nümayəndələri Oliver Carvis və Tristan Nunyesə qarşı amansız mübarizə aparıb. Montoyya – Kameron cütlüyünün bu yarışda uğurunu şərtləndirən amil effektli final pit-stopu taktikası olub. Maraqlıdı ki, buna qədər Montoyya son 3 il ərzində qələbə sevinci yaşamırdı. Onun sonuncu uğuru 2016-cı ildə İndycar yarışında qeydə alınmışdı.

LMP2 sinfində PR1/Mathiasen Motorsports komandasından Mett Makmarri və Erik Lüks qələbəni bayram edibsə, GTLM kateqoriyasında “Porşe”dən Erl Bamber - Lourens Vantor cütlüyü hamını qabaqlayıb. GTD kateqoriyasında isə “Leksus”dan Cek Houksuort və Riçard Heystand rəqiblərinə şans verməyib.   

IMSA WeatherTeach SportsCar Championship-in növbəti mərhələsi  iyunun 1-də Detroytda keçiriləcək.

Acura Sports Car Challenge at Mid-Ohio (top-10): 

1. Xuan Pablo Montoyya / Deyn Kemeron (Acura) — 123 dövrə 
2. Tristan Nunyes / Oliver Carvis (Mazda) +2,022 
3. Conatan Bomarito / Qarri Tinknell  (Mazda) +30,050 
4. Felipe Nasr / Pipo Derani (Cadillac) +36,683 
5. Riki Teylor / Helio Kastronaves (Acura) +1 dövrə 
6. Cordan Teylor / Renger van der Zande (Cadillac) +1 dövrə 
7. Stiven Simpson / Simon Trummer (Cadillac) +1 dövrə
8. Filipe Albukerke / Joao Barboza (Cadillac) +1 dövrə
9. Kayl Kayzer / Uill Ouen (Cadillac) +1 dövrə 
10. Tristan Votye / Mixail Qoyxberq (Cadillac) +1 dövrə


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər