Mexİkoda Formula E həyəcanı

Meksikada Formula E çempionatının 5-ci mərhələsi keçirilib. Paytaxt Mexiko dövrələrində təşkil olunan yarışda birinciliyi “Audi Sport ABT Schaeffler” komandasının pilotu Daniel Abt bayram edib. İdmançı finiş xəttinə 50 dəqiqə, 45.164 saniyəyə çatıb. Onun ən yaxın rəqibi, “NIO Formula E Team” təmsilçisi Oliver Turvey 6.398 saniyə gec nəticə ilə ikinci yeri tutub. İlk üçlüyü isə “Renault e.dams” kollektivindən Sebastyen Buemi (+6.615 s.) qapayıb.

Meksikada 5-ci olmasına baxmayaraq ümumi nəticədə liderlik “TECHEETAH” komandasının üzvü Jan-Erik Vernə məxsusdur. İdmançının aktivində 81 xal var. Digər iki yerdə müvafiq olaraq Feliks Rosenqvist və Sem Byörd qərarlaşır.

Komandaların yarışında isə “TECHEETAH” 99 xalla birinci, “Mahindra Racing” 90 xalla ikinci, “Panasonic Jaguar Racing” 74 xalla üçüncüdür.

Yarışdan sonra keçirilən ənənəvi mətbuat konfransında Daniel Abt qələbənin təəssüratlarını bölüşüb: “Biz bura gələndə qələbə qazanacağımıza əmin idik. Çünki sürətli bolidimizin olduğunu bilirdik. Lakin Formula E-də hər şey baş verə bilər. Odur ki, hər dövrə xüsusi önəm kəsb edir. Bununla belə, bizim mexaniklərimiz həqiqətən də mükəmməl iş gördülər. Bilmirəm onlar bolidin imkanlarını artırmaq üçün hansı üsullardan istifadə etdilər. Amma bu gün qələbənin əldə olunması ilk növbədə məhz onların gərgin əməyinin real nəticəsidir. Odur ki, mən komandamla fəxr edirəm və bu gün bizim yaddaşımızda olduqca önəmli gün kimi qalacaq. ” 

Formula E çempionatının növbəti, 6-cı mərhələsi martın 17-də Punta-del-Estedə (Uruqvay) keçiriləcək. 

 

2018 Mexico E-Prix (Rd 5)

1 - Daniel Abt, Audi Sport ABT Schaeffler, 50:45:164s (25)
2 - Oliver Turvey, NIO Formula E Team, +6.398s (18)
3 - Sebastyen Buemi, Renault e.dams, +6.615s (15)
4 - Nelson Pike Jr, Panasonic Jaguar Racing, +7.015s (12)
5 - Jan-Erik Vern, TECHEETAH, +7.546s (10)
6 - Miç Evans, Panasonic Jaguar Racing, +9.050s (8)
7 - Antonio Feliks da Kosta, Andretti Formula E, +17.157s (6)
8 - Edoardo Mortara, Venturi Formula E Team, +26.511 (4)
9 - Lukas di Qrassi, Audi Sport ABT Schaeffler, +29.208s (3)
10 - Aleks Linn, DS Virgin Racing, +29.515s (1)
11 - Jerom D’Ambrosio, DRAGON, +30.418s
12 - Xose Maria Lopez, DRAGON, +31.859s
13 - Andre Lotterer, TECHEETAH, +36.206s
14 - Luka Filippi, NIO Formula E Team, +38.336s
15 - Tom Blomqvist, Andretti Formula E, +38.592s
16 - Maro Enqel, Venturi Formula E Team, +44.689s
17 - Sem Byörd, DS Virgin Racing, +44.982s

DNF - Niko Prost, Renault e.dams, 36 Laps
DNF - Feliks Rosenqvist, Mahindra Racing, 34 Laps (3)
DNF - Nik Heydfeld, Mahindra Racing, 27 Laps

 

Pilotların ümumi nəticədə sıralanması

Jan-Erik Vern, TECHEETAH - 81
Feliks Rosenqvist, Mahindra Racing - 69
Sem Byörd, DS Virgin Racing - 61
Sebastyen Buemi, Renault e.dams - 52
Nelson Pike Jr, Panasonic Jaguar Racing - 45

 

Komandaların ümumi nəticədə sıralanması

TECHEETAH - 99
Mahindra Racing - 90
Panasonic Jaguar Racing - 74
DS Virgin Racing - 70
Renault e.dams - 59
Audi Sport ABT Schaeffler - 40
Venturi Formula E Team - 34
NIO Formula E Team - 27
Andretti Formula E - 20
DRAGON - 12

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər