Löb Belçİkada bİrİncİ oldu

Ralli-kross üzrə dünya çempionatının üçüncü mərhələsi arxada qalıb. Belçikada təşkil olunan mərhələdə birinciliyi Sebastyen Löb bayram edib. Fransalı pilot marşrutu 4 dəqiqə, 5.108 saniyə nəticəyə qət etməklə baş mükafata sahib çıxıb. Əlavə edək ki, bu, S. Löbün mövsümdə ilk qələbəsidir. Digər nəticələrə gəlincə, Petter Solberq ikinci, Timmi Hansen isə Belçika marşrutunda üçüncü yerlə kifayətlənib.

3 mərhələdən sonra ümumi nəticənin lideri hələ ki, Yohan Kristofferssondur. İsveçli pilotun aktivində 75 xal var. S. Löb 66 xalla ikinci, P. Solberq 65 xalla üçüncüdür. 61 xala malik A. Bakkerud və 59 xal toplayan T. Hansen isə müvafiq olaraq 4-cü, 5-ci yerlərdə qərarlaşırlar.

Mübarizə davam edir. 4-cü mərhələ mayın 25-də Böyük Britaniyada keçiriləcək.

BELÇİKA MƏRHƏLƏSİ - FİNAL

YER

SÜRÜCÜ

VAXT

XAL

1

Sebastyen LÖB

04:05.108

8

2

Petter SOLBERQ

04:05.555

5

3

Timmi HANSEN

04:06.910

4

4

Mattias EKSTRÖM

04:07.068

3

5

Yohan KRİSTOFFERSSON

04:07.203

2

6

Andreas BAKKERUD

04:08.139

1

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər