L. Hamİlton 5 qat dünya çempİonudur

Formula 1 üzrə dünya çempionatının 2018-ci il mövsümü başa çatdı. Sonuncu mərhələdə pilotlar Əbu-Dabidə bacarıqlarını nümayiş etdirdilər. Çempionluğunu vaxtından əvvəl təmin etməsinə baxmayaraq qələbə uğrunda hər mərhələdə sonadək mübarizə aparan Lyuis Hamilton bu dəfə də birinciliyi əldən vermədi və mövsümü fəxri kürsünün ən yüksək pilləsində başa vurdu.

Məlumat üçün deyək ki, bu, Mercedes təmsilçisinin mövsümdə 11-ci, karyerasında isə 73-cü qələbəsidir. Ümumilikdə isə L. Hamilton artıq sayca 5 qat (2008, 2014, 2015, 2017, 2018) dünya çempionudur. “Mükəmməl il yaşadıq. İlk növbədə sağlamlığıma, gərgin və müntəzəm işə görə bazada, trassda çalışan hər kəsə təşəkkür edirəm. Eləcə də, yarışları izləmək üçün arenalara gələn, mübarizəni ekran qarşısında izləyərək bizə pozitiv enerji ötürən bütün azarkeşlərə təşəkkür edirəm. Bu il zəngin təcrübə topladım. Əbu-Dabiyə gələrək maksimum nəticə göstərə biləcəyimə əmin olmaq istədim. Komanda il ərzində qələbə üçün gərgin iş ortaya qoydu. Mən də bu əziyyəti doğrultmağa çalışdım. Ümid edirəm ki, bunu bacardım.”

Sonuncu mərhələdə finişə ikinci gələn Sebastyan Fettel ümumi nəticədə də mövsümü ikinci pillədə başa vurdu. İlk üçlüyü isə Kimi Raykkonen qapadı.

Konstruktorların yarışında qələbəni Mercedes AMG Petronas Motorsport bayram etdi.

2019-cu ilin Formula 1 çempionatına mart ayında start veriləcək. İlk mərhələ Avstraliyada keçiriləcək.      

2018 Formula 1 Abu - Dabi  
1 Lyuis Hamilton Mercedes -
2 Sebastyan Vettel Ferrari 2.581
3 Maks Verstappen Red Bull Racing 12.706
4 Daniel Rikkardo Red Bull Racing 15.379
5 Valtteri Bottas Mercedes 47.957
6 Carlos Saynz Jr. Renault 1:12.548
7 Çarlz Leklerk Sauber 1:30.789
8 Sergio Perez Racing Point Force India 1:31.275
9 Romayn Qrojan Haas 1 dövrə
10 Kevin Maqnussen Haas 1 dövrə
11 Fernando Alonso McLaren 1 dövrə
12 Brendon Hartli Toro Rosso 1 dövrə
13 Lans Stroll Williams 1 dövrə
14 Stoffel Vandorn McLaren 1 dövrə
15 Sergey Sirotkin Williams 1 dövrə
16 Pyer Qasli Toro Rosso
17 Esteban Okon Racing Point Force India
18 Markus Eriksson Sauber
19 Kimi Raykkonen Ferrari
20 Niko Hulkenberq Renault

Pilotlatın ümumi nəticəsi

  1. L. Hamilton             -           408 xal
  2. S. Fettel                    –       320 xal
  3. K. Raykkonen          –         251 xal
  4. M. Verstappen        –          249 xal
  5. V. Bottas                 –          247 xal  


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər