Krİstofferssondan növbətİ qələbə

FİA Ralli-kross çempionatının növbəti, 10-cu mərhələsi arxada qalıb. Amerika Birləşmiş Ştatlarında təşkil edilən dünya çempionatının mərhələ yarışında azarkeşlər yenə də Yohan Kristofferssonun inamlı çıxışının şahidi olublar. Ardıcıl qələbələr seriyası ilə Ralli – kross yarışında rekorda imza atan Volkswagen sürücüsü artıq mövsümün çempionu kimi də təbrikləri qəbul edir. Belə ki, Y. Kristoffersonu ümumi nəticədə ən yaxın rəqibi Mattias Ekströmdən nə az – nə çox, 77 xal ayırır ki, bu geriliyin də növbəti iki mərhələdə aradan qaldırılması sadəcə olaraq mümkünsüzdür.

Digər nəticələrə gəlincə, Volkswagenin daha bir nümayəndəsi Petter Solberq 10-cu mərhələdə ikinci, Audi təmsilçisi Andreas Bakkerud isə üçüncü yeri tutub.

Növbəti mərhələdə azarkeşlər oktyabrın 13-də Almaniyada pilotların gərgin və maraqlı mübarizəsinin şahidi olacaqlar. Mövsümə noyabrın 24-də Cənubi Afrikada yekun vurulacaq.    


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər