Krİstofferssondan İnamlı çıxış

İsveçdə Ralli – kross üzrə dünya çempionatının 6-cı mərhələsi keçirilib. Bu mərhələdə qələbəni Yohan Kristoffersson qazanıb. 29 yaşlı pilot doğma azarkeşlər önündə təyin olunan marşrutu 4 dəqiqə, 14.969 saniyəyə qət edib. Andreas Bakkerud ikinci, Jerom Qrosset - Janin isə üçüncü yeri tutub.

6 mərhələdən sonra pilotların sıralanmasına gəlincə, liderlik də 165 xalla Yohan Kristofferssona məxsusdur. Aktivində 125 xal olan Andreas Bakkerud ikinci, Petter Solberq isə 119 xalla üçüncüdür.

Komandaların ümumi nəticəsinə isə heyəti Y. Kristoffersson və P. Solberqdən ibarət “PSRX Volkswagen Sweden” kollektivi 284 xalla liderlik edir. “EKS Audi Sport” (M. Ekström/A. Bakkerud) 239 xalla ikinci, “Team Peugeot Total” (T. Hansen/S. Löb) 233 xalla üçüncü pillədə qərarlaşır. Sonrakı yerləri müvafiq olaraq “GRX Taneco” (121 xal), “GC Kompetition” (77 xal), “Olsbergs MSE” (71 xal) kollektivləri tutur.

12 mərhələdən ibarət Ralli – kross üzrə dünya çempionatının 7-ci mərhələsi 4-5 avqust tarixlərində Kanadada təşkil olunacaq.

RALLİ – KROSS ÜZRƏ DÜNYA ÇEMPİONATI (İSVEÇ). FİNAL

YER

SÜRÜCÜ

 

VAXT

XAL

1.

Yohan KRİSTOFFERSSON

 

04:14.969

8

2.

Andreas BAKKERUD

 

04:17.946

5

3.

Jerom QROSSET-JANIN

 

04:20.925

4

4.

Timmi HANSEN

 

03:34.257

3

5.

Kevin HANSEN

 

00:45.297

2

6.

Mattias EKSTRÖM

 

04:19.238

1

 

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər