Krİstoffersson yenə bİrİncİdİr

FİA Ralli-kross çempionatının 11-ci mərhələsi Almaniyada təşkil edilib. Bu mərhələdə də azarkeşlər Yohan Kristoffersonun inamlı çıxışının şahidi olublar. Əldə etdiyi ardıcıl qələbələrlə 2018-ci il mövsümündə çempionuluğunu de – fakto təmin etməsinə baxmayaraq təcrübəli pilot sonadək mübarizə aparır və ümumi nəticədə xal ehtiyatını durmadan artırır. Beləliklə, Volkswagen təmsilçisi Almaniyada da birinci olmaqla hesabındakı xalların sayını 311-ə çatdırıb.

Həm ümumi nəticədə, həm də 11-ci mərhələdə ikinci yerin sahibi Mattias Ekströmdür. Onun aktivində 228 xal var. İlk üçlüyü isə 224 xalla Andreas Bakkerud qapayır. Yeri gəlmişkən, A. Bakkerud Almaniyada da finişə üçüncü gəlib.

Mövsümə 24-25 noyabr tarixlərində Cənubi Afrikada təşkil olunacaq 12-ci mərhələ yarışı ilə yekun vurulacaq.

 

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər