KRİSTOFFERSSON LATVİYADA BİRİNCİ OLDU

Ralli – kross üzrə dünya çempionatının növbəti, 10-cu mərhələsi Latviyada təşkil olunub. Uzunluğu 1.294 km. olan marşrutda ən yaxşı nəticəni Yohan Kristoffersson göstərib. “Volkswagen” komandasının təmsilçisi finişə 5 dəqiqə, 6.673 saniyəyə çatmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yeri “EKS RX” kollektivinin təmsilçisi Mattias Ekström tutub. Onun yekun nəticəsi 5 dəqiqə, 09.038 saniyə olub. Dünya çempionu Sebastyen Löb isə 5 dəqiqə, 10.592 saniyə göstərici ilə üçüncü yerlə kifayətlənib.   

10 mərhələdən sonra ümumi nəticəyə liderlik 271 xalla Y. Kristofferssona məxsusdur. Aktivində 209 xal olan P.Solberq ikinci, M. Ekström 204 xalla üçüncüdür. Mübarzə davam edir.