Jan-Erİk Vern lİderlİyİnİ davam etdİrİr

Formula E seriyalı yarışlarda növbəti mərhələ arxada qalıb. Sayca 6-cı mərhələdə sürpriz nəticə qeydə alınmayıb. Ümumi nəticəyə liderlik edən Jan-Erik Vern mövsümdə ikinci qələbəsinə imza atmaqla aktivinə daha 28 xal yazıb. Bununla da, “TECHEETAH” komandasının təmsilçisi ən yaxın rəqibi Lukas di Qrassini 0.447 saniyə geridə qoyub. İlk üçlükdə isə Sem Byörd (+2.611 s.) qərarlaşıb.

Yarışdan sonra keçirilən ənənəvi mətbuat konfransında J. Vern qələbənin təəssüratlarını bölüşüb: “Mən həqiqətən çox xoşbəxtəm. Qarşıma qoyduğum əsas məqsəd hər mərhələdə uğurlu nəticə əldə etməkdir. Bu gün ən güclü rəqiblərlə mübarizədə qələbə qazandım. Lukas kimi təcrübəli pilotdan üstün olmaq həqiqətən də çətindir. Etiraf edim ki, bu cür qələbələr karyeramda çox olmayıb. Bu nəticə sübut edir ki, gərgin əməyin mütləq nəticəsi olur”.

6 mərhələdən sonra pilotların şəxsi sıralanmasında J. Verne 109 xalla liderliyini davam etdirir. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Feliks Rozenqvist və Sem Byörd qərarlaşır.

Komandaların ümumi nəticəsində isə “TECHEETAH” birinci, “Mahindra Racing” ikinci, “DS Virgin Racing” üçüncüdür.

7-ci mərhələ aprelin 14-də  İtaliyanın paytaxtı Romada keçiriləcək.

 

Formula E-də 6-cı mərhələnin nəticəsi

1 - Jan-Erik Vern, TECHEETAH, 50:43.809s (28)
2 - Lukas di Qrassi, Audi Sport ABT Schaeffler, +0.447s (18)
3 - Sem Byörd, DS Virgin Racing, +2.611s (15)
4 - Miç Evans, Panasonic Jaguar Racing, +4.075s (12)
5 - Feliks Rozenqvist, Mahindra Racing, +4.224s (10)
6 - Aleks Linn, DS Virgin Racing, +7.672s (8)
7 - Oliver Turvey, NIO Formula E Team, +11.818s (6)
8 - Xose Mariya Lopez, DRAGON, +12.612s (5)
9 - Jerom D’Ambrosio, DRAGON, +22.242s (2)
10 - Maro Enqel, Venturi Formula E Team, +26.293s (1)
11 - Antonio Feliks da Kosta, Andretti Formula E, +27.335s
12 -  Andre Lotterer, TECHEETAH, +38.731s
13 - Luka Filippi, NIO Formula E Team, +39.926s
14 - Daniel Abt, Audi Sport ABT Schaeffler, +43.139s
15 - Niko Prost, Renault e.dams, +47.194s
16 - Tom Blomqvist, Andretti Formula E, +59.299s
17 - Edoardo Mortara, Venturi Formula E Team, +1 Lap

 

 

 

Pilotların şəxsi nəticəsi

Jan-Erik Vern, TECHEETAH - 109
Feliks Rozenqvist, Mahindra Racing - 79
Sem Byörd, DS Virgin Racing - 76
Sebastyen Buemi, Renault e.dams - 52
Nelson Pike Jr, Panasonic Jaguar Racing - 45

 

Komandaların ümumi nəticəsi

TECHEETAH - 127
Mahindra Racing - 100
DS Virgin Racing - 93
Panasonic Jaguar Racing - 86
Renault e.dams - 59
Audi Sport ABT Schaeffler - 58
Venturi Formula E Team - 35
NIO Formula E Team - 33
Andretti Formula E - 20
DRAGON - 19

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər