İkİ mərhələ, İkİ qələbə

Formula 1 pilotları mövsümün ikinci mərhələsində mübarizə aparıblar. Bəhreyndə keçirilən yarışda birinciliyi almaniyalı pilot Sebastyan Vettel bayram edib. “Ferrari” komandasının sürücüsü ilk mərhələdə olduğu kimi, bu dəfə də finiş xəttinə birinci çatıb. 57 dövrəni 1 saat, 32 dəqiqə, 01.940 saniyəyə qət edən pilot bununla da çıxış etdiyi 200-cü yarışda ümumilikdə 49-cu qələbəsinə imza atıb. Digər iki yerdə isə “Mercedes” təmsilçiləri, müvafiq olaraq Valtteri Bottas və Lyuis Hamilton qərarlaşıb. 

İki mərhələdən sonra ümumi nəticədə liderlik 50 xalla S. Vettelə məxsusdur. Aktivində 33 xal olan L. Hamilton ikinci, V. Bottas isə 22 xalla üçüncüdür.

Konstruktorların yarışında ilk üçlükdə müvafiq olaraq
“Scuderia Ferrari” (65 xal), “Mercedes AMG Petronas Motorsport” (55 xal) və “McLaren F1 Team” (22 xal) kollektivləri yer alır. Mübarizə davam edir. Üçüncü mərhələ 15 aprel tarixində Çində təşkil olunacaq. 

 

Bəhreyn mərhələsinin nəticəsi

1 Sebastyan Vettel Ferrari Ferrari – 1 saat, 32 dəqiqə, 01.940 saniyə
2 Valtteri Bottas Mercedes Mercedes 0.699
3 Luis Hamilton Mercedes Mercedes 6.512
4 Pyerr Qasli Toro Rosso Honda 1'02.234
5 Kevin Maqnussen Haas Ferrari 1'15.046
6 Niko Hulkenberq Renault Renault 1'39.024
7 Fernando Alonso McLaren Renault 1 lap
8 Stoffel Vandurn McLaren Renault 1 lap
9 Markus Eriksson Sauber Ferrari 1 lap
10 Esteban Okon Force India Mercedes 1 lap
11 Karlos Saynz Jr. Renault Renault 1 lap
12 Serxio Perez Force India Mercedes 1 lap
13 Brendon Hartli Toro Rosso Honda 1 lap
14 Çarlz Leklerk Sauber Ferrari 1 lap
15 Romayn Qrojan Haas Ferrari 1 lap
16 Lans Stroll Williams Mercedes 1 lap
17 Serqey Sirotkin Williams Mercedes 1 lap
  Kimi Raykkonen Ferrari Ferrari DNF
  Maks Verstappen Red Bull TAG DNF
  Daniel Rikkardo Red Bull TAG DNF