Hamİlton yenİdən lİderdİr

Formula 1 üzrə dünya çempionatının 8-ci mərhələsinə yekun vurulub. Fransada təşkil olunan yarışda finişə hamıdan tez Mercedes komandasının pilotu Lyuis Hamilton çatıb. Dünya çempionu start nöqtəsindən finişədək liderliyi əldən verməyib və yekunda baş mükafata yiyələnib. Birincilik uğrunda mübarizədə onun əsas rəqibləri, komanda yoldaşı Valtteri Bottas və Ferrari təmsilçisi Sebastyan Fettelin idarə etdiyi bolidlər ilk dövrədəcə toqquşduğundan hər iki pilot vaxt itkisinə görə ilk üçlüyə belə düşə bilməyib. Belə olan halda Fransa mərhələsində ikinci və üçüncü yerləri müvafiq olaraq Maks Verstappen və Kimi Raykkonen tutub. Əldə olunan qələbə sayəsində L. Hamilton ümumi nəticədə də liderliyi özünə qaytarıb. Hazırda onun aktivində 145 xal var. S. Fettel 131 xalla ikinci, D. Rikkardo 96 xalla üçüncü yeri tutur.

Yarışla bağlı təəssüratlarını bölüşən L. Hamilton bunları deyib: “Belə mükəmməl həftəsonuna görə komandama təşəkkür edirəm. Biz artıq 6 ildir ki, bu uşaqlarla birgə çalışırıq. Onlar hər dəfə mümkün olandan da artığını edirlər. Odur ki, bu cür fədakar əməyə görə komanda heyətinə minnətdaram. Yarış çox xoşuma gəldi. Hava mükəmməl idi, tribunalarda çoxlu sayda azarkeş gərgin mübarizənin şahidi oldu. Bir sözlə, bu, karyeram ərzində Fransada keçirdiyim ən yaxşı Qran-pri idi”.

Formula 1 üzrə dünya çempionatının 9-cu mərhələsi iyulun 1-i Avstriyada keçiriləcək.

 

2018 Formula 1 üzrə Fransa Qran-prisi. FİNAL

1 Lyuis Hamilton Mercedes  
2 Maks Verstappen Red Bull Racing 7.090
3 Kimi Raykkonen Ferrari 25.888
4 Daniel Rikkardo Red Bull Racing 34.736
5 Sebastyan Fettel Ferrari 1:01.935
6 Kevin Maqnussen Haas 1:19.364
7 Valtteri Bottas Mercedes 1:20.632
8 Karlos Saynz Renault 1:27.184
9 Niko Hulkenberq Renault 1:31.989
10 Çarlz Leklerk Sauber 1:33.873
11 Romeyn Qrojan Haas 1 lap
12 Stoffel Vandorn McLaren 1 lap
13 Markus Eriksson Sauber 1 lap
14 Brendon Hartli Toro Rosso 1 lap
15 Serqey Sirotkin Williams 1 lap
16 Fernando Alonso McLaren 3 laps
17 Lens Stroll Williams 5 laps
18 Serxio Perez Force India 26 laps
19 Esteban Okon Force India  
20 Pyer Qasli Toro Rosso

 

Pilotların şəxsi nəticəsi

Lyuis Hamilton - 145 xal

Sebastyan Fettel – 131 xal

Daniel Rikkardo – 96 xal

Valtteri Bottas – 92 xal

Kimi Raykkonen – 83 xal

 

Konstruktorların nəticəsi

Mercedes AMG Petronas Motorsport - 237 xal

Scuderia Ferrari – 214 xal

Aston Martin Red Bull Racing – 164 xal


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər