Hamİlton yenə bİrİncİdİr

2018-ci il mövsümü Formula 1 üzrə dünya çempionatının başa çatmasına bir mərhələ qalıb. Ötən həftə Braziliyada təşkil edilən sayca 20-ci mərhələ britaniyalı pilot Lyuis Hamiltonun qələbəsi ilə başa çatdı. Bu, Mercedes təmsilçisinin mövsümdə 10-cu, karyerasında isə 72-ci qələbəsi idi.

Yarışdan sonra keçirilən ənənəvi mətbuat konfransında dünya çempionu bunları deyib: “Bu günkü qələbənin əldə olunmasında hər kəs sonadək mübarizə apardı. Bu, il ərzində gərgin işin uğurlu nəticəsidir. Odur ki, bu əziyyəti hədər etməmək üçün mütləq qələbə qazanmalı idim. Çünki trassda komandanın hər bir üzvünü təmsil edirsən. Düzü, təkərlərlə və mühərriklə bir qədər problem yaşadım. Lakin səhv etməməyə çalışdım. Məqsəd birinci olmaq idi. Onu da deyim ki, Maks çox sürətli idi. Hətta qələbə qazanmağa da çox yaxın idi. Etiraf edim ki, mənim bir qədər bəxtim də gətirdi. Hər halda, Maksla mübarizə aparmaq çox xoş oldu. Bununla fəxr edirəm. Lakin sonda qələbəni mən qazandım”.

Digər nəticələrə gəlincə, Braziliya mərhələsində digər iki yeri Maks Verstappenlə (+1.469) Kimi Raykkonen (+4.764) tutdu.

Mövsümün bitməsinə 1 mərhələ qalmış L. Hamiltonun 383, S. Vettelin 302, K. Raykkonenin isə 251 xalı var.

Konstruktorların yarışına gəlincə, ilk üçlükdə müvafiq olaraq Mercedes AMG Petronas Motorsport (620 xal), Scuderia Ferrari (553 xal) və Aston Martin Red Bull Racing (392 xal) qərarlaşır. 

Növbəti və sonuncu mərhələ yarışı noyabrın 25-də Adu-Dabidə təşkil olunacaq. 

2018 Formula 1 Braziliya Qran-prisi

1 Lyuis Hamilton Mercedes -
2 Maks Verstappen Red Bull Racing 1.469
3 Kimi Raykkonen Ferrari 4.764
4 Daniel Rikkardo Red Bull Racing 5.193
5 Valtteri Bottas Mercedes 22.943
6 Sebastyan Fettel Ferrari 26.997
7 Çarlz Leklerk Sauber 44.199
8 Romayn Qrojan Haas 51.230
9 Kevin Maqnussen Haas 52.857
10 Serxio Perez Force India 1 dövrə
11 Brendon Hartli Toro Rosso 1 dövrə
12 Karloz Saynz Renault 1 dövrə
13 Pyer Qasli Toro Rosso 1 dövrə
14 Stoffel Vandorn McLaren 1 dövrə
15 Esteban Okon Force India 1 dövrə
16 Sergey Sirotkin Williams 2 dövrə
17 Fernando Alonso McLaren 2 dövrə
18 Lens Stroll Williams 2 dövrə
 Niko Hulkenberq Renault
 Markus Eriksson Sauber

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər