Hamİlton vətənİndə 80-cİ qələbəsİnə sevİndİ

Ötən il Sebastyan Fettel Silverstouna çempionatın lideri kimi təşrif buyurmuşdu.  Lyuis Hamilton isə “Ferrari” pilotundan 1 xal geridə idi. Bu dəfə isə vəziyyət fərqli idi. Hələ də “Ferrari” pilotları hansısa Qran-pridə finiş xəttini birinci keçməmişdi. Elə Silverstounda da eyni ssenarini gözləmək olardı. Hələ yarışdan öncə “Ferrari”nin rəhbəri Mattia Binotto Böyük Britaniya Qran-prisinin trassının onların bolidinə uyğun olmadığını söyləmişdi. Belə də oldu. Lyuis Hamilton təsnifat mərhələsində 2-ci nəticə göstərsə də, həlledici yarışda komanda yoldaşı Valtteri Bottası qabaqlayaraq karyerasında 80-ci yarışın qalibi oldu. “Mersedes” isə cari mövsüm 9-cu dəfə pilotunun finiş xəttinin birinci keçməsinə sevindi.