Hamİlton İtalİyada bİrİncİ oldu

“Mercedes” komandasının pilotu Lyuis Hamilton İtaliyada təşkil olunan Formula 1 üzrə dünya çempionatının mərhələ yarışında qələbə qazanıb. 33 yaşlı çempion 14-cü mərhələdə finişə birinci gəlməklə mövsümdə 6-cı, karyerasında isə 68-ci qələbəsinə imza atıb. Əlavə edək ki, bu, L. Hamiltonun İtaliyada sayca 5-ci uğurudur. Bunadək o, 2012, 2014, 2015 və 2017-ci illərdə Monza dövrələrində fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. İndiyənədək Formula 1 tarixində analoji nəticəni yalnız Mixael Şumaxer göstərmişdi (1996, 1998, 2000, 2003 и 2006). 

14-cü mərhələnin digər nəticələrinə gəlincə, “Ferrari” təmsilçisi Kimi Raykkonen ikinci, “Mercedes”in daha bir nümayəndəsi Valtteri Bottas isə üçüncü yeri tutub.

Yarışdan sonra keçirilən ənənəvi mətbuat konfransında L. Hamilton rəqibi K. Raykkonenin çıxışını xüsusi qeyd edib: “Ferrari”nin əməyini yüksək qiymətləndirmək istərdim. Komanda İtaliyada sözün əsil mənasında gözəl mübarizə sərgilədi. Kimi Raykkonen yarışda fantastik təsir bağışladı. Ona hörmətim var. Kimi ilə yarışmaq mənə xüsusi zövq verir. İtaliyada qazandığım qələbə karyeramda ən yaddaqalan uğurlarımdan biridir. Üstəlik,  Monzada əldə etdiyim qələbələrimin sayı ilə Mixael Şumaxerin nəticəsini təkrarladım. Bu, mənim üçün böyük şərəfdir”.   

Beləliklə, 14 mərhələdən sonra ümumi nəticəyə 256 xalla L. Hamilton başçılıq edir. S. Fettel 226 xalla ikincidir. Üçüncü yerin sahibi K. Raykkonenin 164 xalı var. Növbəti mərhələ senyabrın 16-da Sinqapurda keçiriləcək.

2018 Formula 1 - İtaliya Qran-prisi

1 Lyuis Hamilton  Mercedes -
2 Kimi Raykkonen  Ferrari 8.705
3 Valtteri Bottas  Mercedes 14.066
4 Sebastyan Fettel  Ferrari 16.151
5 Maks Verstappen  Red Bull Racing 18.208
6 Romayn Qrojan  Haas 56.320
7 Esteban Okon  Force India 57.761
8 Sergio Perez  Force India 58.678
9 Karlos Saynz Renault 1:18.140
10 Lens Stroll  Williams 1 dövrə
11 Sergey Sirotkin  Williams 1 dövrə
12 Çarlz Leklerk  Sauber 1 dövrə
13 Stoffel Vandorn  McLaren 1 dövrə
14 Niko Hulkenberq  Renault 1 dövrə
15 Pyer Qasli  Toro Rosso 1 dövrə
16 Markus Eriksson  Sauber 1 dövrə
17 Kevin Maqnussen  Haas 1 dövrə
     Daniel Rikkardo  Red Bull Racing 30 dövrə
     Fernando Alonso  McLaren 44 dövrə
     Brendon Hartli  Toro Rosso


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər