Hamİlton Barselonada lİderlİyİnİ gerİ qaytardı

2 həftə öncə Bakıda “yazılan ssenariyə” Barselonada “ciddi dəyişiklik edilmədi”. Şənbə günü təsnifat mərhələsində “Mersedes” pilotları Lyuis Hamiltonla Valtteri Bottas daha yaxşı nəticə göstərmişdi, onları “Ferrari” pilotu Sebastyan Fettel izləyirdi. Amma yarış başlayan kimi Hamiltonla Bottas heç bir səhvə yol vermədisə, Ferstappen Fettellə Leklerin bir-birinə mane olmasından istifadə edərək “Mersedes” pilotlarının arxasına keçdi. Yarışın sonlarına qədər öndə gedən 3 pilot arasında o qədər də gərgin rəqabət yaşanmasa da, həyəcan hiss olunurdu. Amma “Ferrari” pilotları arasındakı rəqabət isə tamam fərqli müstəviyə keçdi. Yarışa 3-cü sırada başlamasına baxmayaraq, sonradan Leklerin də gerisinə düşən Fettel yuxarıdan gələn göstərişlə komanda yoldaşını qabaqladı. Daha doğrusu, 36-cı dövrədə Şarl Sebastyanı qabağa buraxdı. 46-cı dövrədə Norrislə Stroll toqquşunca trassa təhlükəsizlik maşını çıxdı. Belə məqamda fürsətdən istifadə edən Hamiltonla Lekler pit-stopun xidmətindən yararlandı. 52-ci dövrədə restart verilincə, Hamilton liderliyini qorudu. Beləliklə də yarışın sonuna qədər heç bir dəyişiklik baş vermədi və Lyuis mövsümdə 3-cü, karyerasında isə 76-cı “Qran-pri”nin qalibi oldu və liderliyini yenidən geri qaytardı. Bottas finiş xəttini ikinci keçincə “Mersedes” cari mövsümdə ardıcıl 5-ci dəfə dubl etdi. Ferstappen isə Melburnda olduğu kimi, yenidən fəxri kürsünün 3-cü pilləsinə yüksəldi. Növbəti “Qran-pri” iki həftədən sonra Monakoda təşkil olunacaq.

İSPANİYA “QRAN-PRİ”Sİ

VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər