Gərgİn mübarİzə və çətİn qələbə

Britaniyanın məşhur Silverstoun trekində keçirilən Formula 1 üzrə Dünya Çempionatının 10-cu mərhələsi Ferrari və Mercedes komandalarının pilotlarının gərgin mübarizəsi ilə yadda qaldı. Start xəttindən azarkeşlər Ferrari təmsilçisi Sebastyan Fettellə Mercedes nümayəndəsi Valtteri Bottasın inamlı çıxışının şahidi oldular. Bəzi döngələrdə Bottas azacıq üstünlük əldə etsə də onun idarə etdiyi bolidin Medium təkərlərinin köhnə olması liderlik mövqeyini saxlamağa imkan vermədi. Yeni və daha yumşaq Soft təkərlərinə malik Fettel isə əksinə, bir neçə cəhddən sonra rəqibini geridə qoymağa və mövsümdə dördüncü qələbəsinə imza atmağa nail oldu.

Yarışdan sonra keçirilən ənənəvi mətbuat konfransında da S. Fettel məhz yeni və yumşaq təkərlərin ona qələbə qazandırdığını gizlətməyib: “Valtteri Bottasla sonadək yarışdıq. Bolidimin təkərləri daha yumşaq idi. Bu, böyük üstünlük yaradırdı. Amma ötmə manevri üçün əlverişli məqam tapmaq da çətin idi. Bir anda Valtterini keçmək üçün gözəl imkan yarandı. Həmin imkandan yararlandım və sevinirəm ki, alındı. Əsas odur ki, bunu bacardım. Yarış fantastik alındı. Burda kifayət qədər azarkeş var. Ümid edirəm ki, hər kəs bu gözəl gündən zövq aldı”.    

Digər nəticələrə gəlincə, 3-cü döngədə Kimi Raykkonenlə toqquşmasına baxmayaraq sonradan təşəbbüsü ələ alan və mübarizəni ikinci yerdə başa vuran Lyuis Hamilton qalibdən 2.264 saniyə geri qaldı.  Kimi Raykkonen isə 3.652 saniyə göstərici ilə üçüncü oldu.

Britaniya mərhələsinin nəticələri pilotların ümumi sıralanmasında liderlik mövqeyinə təsir etmədi. Belə ki, ümumi nəticənin lideri S. Fetteldir.

Növbəti mərhələ 22 iyul tarixində Almaniyada keçiriləcək.

2018 Formula 1 Britaniya Qran-prisi
1 Sebastyan Fettel Ferrari - 1 saat, 27 dəqiqə, 29.784 saniyə
2 Lyuis Hamilton Mercedes 2.264
3 Kimi Raykkonen Ferrari 3.652
4 Valtteri Bottas Mercedes 8.883
5 Daniel Rikkardo Red Bull Racing 9.500
6 Niko Hulkenberq Renault 28.220
7 Esteban Okon Force India 29.930
8 Fernando Alonso McLaren 31.115
9 Kevin Maqnussen Haas 33.188
10 Pyer Qasli Toro Rosso 34.129
11 Serxio Perez Force India 34.708
12 Stoffel Vandorn McLaren 35.774
13 Lens Stroll Williams 38.106
14 Serqey Sirotkin Williams 48.113
15 Maks Verstappen Red Bull Racing 6 dövrə
16 Romayn Qrojan Haas 15 dövrə
17 Karlos Saynz Renault 15 dövrə
18 Markus Eriksson Sauber 21 dövrə
19 Şarl Leklerk Sauber 34 dövrə
20 Brendon Hartli Toro Rosso 51 dövrə

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər