Formula E pİlotlarının Roma mübarİzəsİ

Formula E üzrə Dünya Çempionatının 7-ci mərhələsinə yekun vurulub. Bu mərhələdə azarkeşlər “DS Virgin Racing” komandasının təcrübəli pilotu Sem Byördün inamlı çıxışının şahidi olublar. İdmançı 58 dəqiqə, 20.656 saniyə göstərici ilə bütün rəqiblərini geridə qoyaraq baş mükafata sahib çıxıb. İkinci yeri tutan Lukas di Qrassi qalibdən 0.970 saniyə geri qalıb. İlk üçlüyü isə Andre Lotterer qapayıb.

7 mərhələdən sonra pilotların şəxsi sıralanmasında Jan-Erik Vern 119 xalla liderdir. Sem Byörd ikinci, Feliks Rozenqvist üçüncü yeri tutur.

Komandaların yarışında isə birincilik 152 xalla “TECHEETAH” kollektivinə məxsusdur. 

Formula E üzrə Dünya Çempionatının 8-ci mərhələsi aprelin 28-i Fransada keçiriləcək.

 

Formula E üzrə Dünya Çempionatının İtaliya mərhələsi (7-ci mərhələ)

 

1 - Sem Byörd, DS Virgin Racing, 58:20.656s (25)
2 - Lukas di Qrassi, Audi Sport ABT Schaeffler, +0.970s (18)
3 - Andre Lotterer, TECHEETAH, +9.518s (15)
4 - Daniel Abt, Audi Sport ABT Schaeffler, +10.167s (13)
5 - Jan-Erik Vern, TECHEETAH, +17.444s (10)
6 - Sebastyen Buemi, Renault e.dams, +19.835s (8)
7 - Jerom D’Ambrosio, DRAGON, +24.379s (6)
8 - Maro Enqel, Venturi Formula E Team, +26.350s (4)
9 - Miç Evans, Panasonic Jaguar Racing, +37.709s (2)
10 - Edoardo Mortara, Venturi Formula E Team, +40.739s (1)
11 - Antonio Feliks da Costa, Andretti Formula E, +42.680s
12 - Oliver Turvey, NIO Formula E Team, +48.833s
13 - Luka Filippi, NIO Formula E Team, +49.331s
14 - Niko Prost, Renault e.dams, +1:13.880s
15 - Tom Blomqvist, Andretti Formula E, +1:31.832s
16 - Nik Heydfeld, Mahindra Racing, +1:44.774s
17 - Xose Maria Lopez, DRAGON, +4 Laps

0 - Feliks Rozenqvist, Mahindra Racing, DNF

0 - Nelson Pike, Panasonic Jaguar Racing, DNF

0 - Aleks Linn, DS Virgin Racing, DNF

Sürücülərin sıralanması

Jan-Erik Vern, TECHEETAH – 119
Sem Byörd, DS Virgin Racing – 101
Feliks Rozenqvist, Mahindra Racing – 82
Sebastyen Buemi, Renault e.dams – 60
Daniel Abt, Audi Sport ABT Schaeffler - 50

Komandaların sıralanması

TECHEETAH – 152
DS Virgin Racing – 118
Mahindra Racing – 103
Audi Sport ABT Schaeffler – 89
Panasonic Jaguar Racing – 88
Renault e.dams – 67
Venturi Formula E Team – 40
NIO Formula E Team – 33
DRAGON – 25
Andretti Formula E - 20