Formula E-nİn Fransa mərhələsİ başa çatdı

Fransada Formula E çempionatının 8-ci mərhələsi keçirilib. Uğurlu çıxışlar seriyasını davam etdirən fransalı pilot Jan-Erik Vern bu dəfə də finiş xəttinə birinci çatıb. “TECHEETAH” komandasının pilotu təyin olunan marşrutu 54 dəqiqə, 49.102 saniyəyə qət edib. “Audi Sport ABT Schaeffler” kollektivinin üzvü Lukas di Qrassi qalibdən 4.882 saniyə geri qalıb. Finişə 8.897 saniyə gec çatan Sem Byörd isə üçüncülüklə kifayətlənib.

8 mərhələdən sonra ümumi nəticəyə 147 xalla J. Vern başçılıq edir. S. Byörd 116 xalla ikinci, F. Rozenqvist 86 xalla üçüncüdür.

Formula E yarışının 9-cu mərhələsi mayın 19-da Berlində təşkil olunacaq.    

Formula E-nin Paris mərhələsi (8-ci mərhələ)

1 - Jan-Erik Vern, TECHEETAH, 54:49.102s (28)
2 - Lukas di Qrassi, Audi Sport ABT Schaeffler, +4.882s (19)
3 - Sem Byörd, DS Virgin Racing, +8.897s (15)
4 - Maro Enqel, Venturi Formula E Team, +9.287s (12)
5 - Sebastyen Buemi, Renault e.dams, +10.194s (10)
6 - Andre Lotterer, TECHEETAH, +10.855s (8)
7 - Daniel Abt, Audi Sport ABT Schaeffler, +13.918s (6)
8 - Feliks Rozenqvist, Mahindra Racing, +15.271s (4)
9 - Oliver Turvey, NIO Formula E Team, +19.557s (2)
10 - Xose Maria Lopez, DRAGON, +20.989s (1)
11 - Nik Heydfeld, Mahindra Racing, +21.698s
12 - Jerom D’Ambrosio, DRAGON, +26.723s
13 - Edoardo Mortara, Venturi Formula E Team, +29.937s
14 - Aleks Linn, DS Virgin Racing, +43.112s
15 - Miç Evans, Panasonic Jaguar Racing, +43.989s
16 - Niko Prost, Renault e.dams, +1 Lap
17 - Ma Qinq Hua, NIO Formula E Team, +3 Laps

Sürücülərin sıralanması

Jan-Erik Vern, TECHEETAH – 147
Sem Byörd, DS Virgin Racing – 116
Feliks Rozenqvist, Mahindra Racing – 86
Sebastyen Buemi, Renault e.dams – 70
Lukas di Qrassi, Audi Sport ABT Schaeffler - 58

Komandaların sıralanması

TECHEETAH – 188
DS Virgin Racing – 133
Audi Sport ABT Schaeffler – 114
Mahindra Racing – 107
Panasonic Jaguar Racing – 88
Renault e.dams – 77
Venturi Formula E Team – 52
NIO Formula E Team – 35
DRAGON – 26
Andretti Formula E - 20

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər