Formula E-də yenİ reqlament

Beynəlxalq Avtomobil Federasiyasi – FİA Formula E seriyalı yarışların reqlamentində təklif olunan dəyişiklikləri təsdiqləyib. Beləliklə, 2018-2019-cu il mövsümü yeni qaydalar əsasında keçiriləcək. Həmin yeniliklərdən biri mübarizənin müddəti ilə bağlıdır. Əgər əvvəllər yarışlar təxminən 48 dəqiqədən 1 saata qədər davam edirdisə, artıq bu müddət maksimum 40 dəqiqə olacaq. Müddətin qısalması pilota yarış ərzində bolidi dəyişməməyə imkan verəcək və bu zaman iştirakçılar bir maşınla marşrutu başa vurmağa çalışacaqlar. Təbii ki, belə olan halda pilotlar həm də enerji sərfiyyatı barədə düşünmək məcburiyyətində qalacaqlar. Yeri gəlmişkən, bu prinsip də yeni qaydalara əlavə olunub. Belə ki, bu günə kimi dövrələrdə qeydə alınan ən yaxşı vaxt normasına görə pilotlara əlavə xallar verilirdisə, yeni reqlamentə əsasən yalnz enerjidən səmərəli istifadə edən sürücülər müvafiq xallarla mükafatlandırılacaq.

Həmçinin hazırki mövsümün Monrealda keçirilməsi nəzərdə tututan final mərhələsi də təxirə salınır. Çempionata 14-15 iyul tarixlərində Nyu-Yorkda keçiriləcək iki mərhələ ilə yekun vurulacaq.       

VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər