Formula E-də 4-cü mərhələ başa çatdı

Elektrik mühərrikli bolidlərin mübarizəsi olan Formula E çempionatında dördüncü mərhələ arxada qaldı. Çilidə təşkil olunan yarışda “TECHEETAH” komandasının pilotları daha yüksək nəticə göstərdilər. Birinciliyi isə Jan-Erik Vern bayram etdi. İdmançı təyin olunan marşrutu 1 saat, 1 dəqiqə, 24.514 saniyəyə qət edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Komandanın digər üzvü Andre Lotterer qalibdən 1.154 saniyə gec nəticə ilə ikinci yeri tutdu. İlk üçlükdə 1.959 saniyə gec nəticə ilə “Renault e.dams” kollektivindən Sebastyen Buemi qərarlaşdı.  

Dörd mərhələdən sonra pilotların ümumi nəticəsinə də 71 xalla J. Vern başçılıq edir. İkinci yerdə qərarlaşan Feliks Rozenqvistin 66 xalı var. 61 xala malik Sem Byörd isə üçüncü yeri tutur.

Komandaların sıralanmasına gəlincə, ilk üçlükdə müvafiq olaraq “TECHEETAH” (89 xal), “Mahindra Racing” (87 xal) və “DS Virgin Racing” (69 xal) yer alır.

Formula E çempionatında 5-ci mərhələ martın 3-də Meksikada keçiriləcək. Xatırladaq ki, çempionat ümumilikdə 14 mərhələdən ibarətdir.

 

2018 Santyaqo E-Prix (Rd 4)

1. Jan-Erik Vern, TECHEETAH, 1:01:24.514s (28)
2. Andre Lotterer, TECHEETAH, +1.154s (18)
3. Sebastyen Buemi, Renault e.dams, +1.959s (15)
4. Feliks Rozenqvist, Mahindra Racing, +2.793s (12)
5. Sem Byörd, DS Virgin Racing, +4.490s (11)
6. Nelson Pike Jr, Panasonic Jaguar Racing, +6.364s (8)
7. Miç Evans, Panasonic Jaguar Racing, +7.099s (6)
8. Jerom D’Ambrosio, DRAGON, +13.308s (4)
9. Antonio Feliks da Kosta, Andretti Formula E, +14.811s (2)
10. Niko Prost, Renault e.dams, +21.092s (1)
11. Tom Blomqvist, Andretti Formula E, +32.924s
12. Luka Filippi, NIO Formula E Team, +44.127s
13. Edoardo Mortara, Venturi Formula E Team, +49.398s
14. Oliver Turvey, NIO Formula E Team, +1:12.282s

 

Pilotların şəxsi nəticəsi

Jan-Erik Vern, TECHEETAH - 71
Feliks Rozenqvist, Mahindra Racing - 66
Sem Byörd, DS Virgin Racing - 61
Sebastyen Buemi, Renault e.dams - 37
Nelson Pike Jr, Panasonic Jaguar Racing – 33

 

Komandaların ümumi sıralanması

TECHEETAH - 89
Mahindra Racing - 87
DS Virgin Racing - 69