FORMULA E-DƏ 10-CU MƏRHƏLƏ ARXADA QALDI

Formula E üzrə Dünya Çempionatında iştirak edən pilotlar bu dəfə Amerika Birləşmiş Ştatlarında bir araya gəliblər. Nyu-York sitidə keçirilən 10-cu mərhələ yarışında qələbəni “DS Virgin Racing” komandasının pilotu Sem Byörd aktivinə yazıb. Onun yekun nəticəsi 58 dəqiqə, 09.388 saniyə olub. İkinci yeri isə qalibdən 11.381 saniyə geri qalan “Mahindra Racing” kollektivinin təmsilçisi Feliks Rozenqvist tutub. Onun komanda yoldaşı Nik Heydfeld (+12.319 s.) üçüncü yerlə kifayətlənib.

 

10 mərhələdən sonra ümumi nəticələrə gəlincə, ən yüksək göstərici Sebastyen Buemiyə məxsusdur. “Renault e.dams” komandasının təmsilçisi 157 xalla liderdir. “ABT Schaeffler Audi Sport ” kollektivinin aparıcı üzvü Lukas di Qrassi 147 xalla ikinci yeri tutur. İlk üçlüyü 104 xalla F. Rozenqvist qapayır.

 

Komandaların yarışında “Renault e.dams” 259 xalla birinci, “ABT Schaeffler Audi Sport” 194 xalla ikinci, “Mahindra Racing” 182 xalla üçüncüdür.  

 

11-ci mərhələ iyulun 29-dan 30-na kimi Monrealda təşkil olunacaq.