FORMULA 2 PİLOTLARI İSPANİYADA

İspaniyada Formula 2 çempionatının mərhələ yarışı keçirilib. Gənc pilotların mübarizəsində finişə birinci “RUSSIAN TIME” komandasının üzvü Artyom Markelov çatıb. Pilot təyin olunan marşrutu 43 dəqiqə, 01.086 saniyəyə qət edib. Digər iki yerdə isə “DAMS” kollektivinin təmsilçiləri, kanadalı Nikolya Latifi (+11,840) və böyük britaniyalı Oliver Rouland (+13,286) qərarlaşıb.

İspaniya mərhələsindən sonra pilotların ümumi sıralamasında liderlik “Prema Racing” komandasının üzvü Şarl Leklerkə məxsusdur – 249 xal. O. Rouland 189 xalla ikinci, A. Markelov 177 xalla üçüncüdür.  

Formula 2 mövsümünə noyabrın sonlarında Abu Dabidə keçiriləcək mərhələ yarışı ilə yekun vurulacaq.