Formula 2 pİlotları Bakıda

Formula 2 yarışının sayca ikinci mərhələsi də Bakıda təşkil olunub. Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda azarkeşlər gərgin və maraqlı anların şahidi olublar. Nəticələrə gəlincə, birinci yarışda “DAMS” komandasının pilotu Aleksander Albon qalib gəlib. O, 29 dövrənin yekununda 1 saat 3 dəqiqə 41,627 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “ART Grand Prix” komandasının pilotu Cek Aitken qalibdən 1.992 saniyə nəticə geri qalmaqla ikinci, “Charouz Racing System”in sürücüsü Antonio Fuoko isə 2.985 saniyə gec nəticə ilə üçüncü olub.

Qalibi müəyyən edən ikinci mərhələdə isə ən yüksək nəticəni “ART Grand Prix” komandasının pilotu George Russel göstərib. O, 21 dövrədə 41 dəqiqə 32,101 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb. “Carlin” komandasının pilotu Serjio Sette Kamara finiş xəttinə ikinci, “Pertamina Prema Theodore Racing”in sürücüsü Nik De Vries üçüncü çatıblar.

İki mərhələdən sonra liderlik 55 xalla L. Norrisə məxsusdur. 41 xala malik A. Albon ikinci, ondan 1 xal geri qalan S. Kamara üçüncüdür.

Formula 2 yarışları üzrə üçüncü mərhələ 11-13 may tarixlərində İspaniyada təşkil olunacaq.

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər