Formula 2-də 4-cü mərhələ başa çatdı

Monakoda azarkeşlər Formula 2 pilotlarının iki yarışdan ibarət maraqlı mübarizəsini izləyiblər. Dördüncü mərhələ çərçivəsində keçirilən birinci yarışda rusiyalı Artyom Markelov bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Russian Time”in pilotu 42 dövrəni 1 saat, 02 dəqiqə, 03.286 saniyəyə qət edib. “Pertamina Prema Theodore Racing” komandasının nümayəndəsi Sean Gelael ikinci, “MP Motorsport” kollektivindən Roberto Merhi üçüncü yerlə kifayətlənib.

İkinci yarışda isə pilotlar 30 dövrəni birinci qət etmək uğrunda mübarizə aparıblar. Nəticələrə gəlincə, “Charouz Racing System” kollektivindən Antonio Fuoko 48 dəqiqə, 44.373 saniyə nəticə ilə birinci, Luis Deletraz ikinci, Lando Norris üçüncü yeri tutub.

4 mərhələdən sonra ümumi sıralanmaya 98 xalla L. Norris başçılıq edir. A. Albon 71 xalla ikinci, onunla eyni xala malik A. Markelov üçüncü pillədə qərarlaşır.

 

 

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər