Formula 1 yarışı üçün akkredİtasiyaya start verİlİb

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti aprelin 26-28-də 4-cü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiyasına start verib. Azərbaycan Qran-Prisi də daxil olmaqla bütövlükdə 2019-cu il Formula 1 dünya çempionatında yer alan hər bir yarış üçün KİV təmsilçilərinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası  və “Formula One Management” şirkəti tərəfindən kurasiya olunur. Yerli media nümayəndələrinin yarışa qeydiyyatı əməliyyat şirkətinin vasitəçiliyi ilə həyata keçirilir. Akkreditasiya prosesi fevralın 28-dək davam edəcək. Qeydiyyatdan keçmək istəyən jurnalistlər Bakı Şəhər Halqasının rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

 

 

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər