Formula 1-də lİderlİk mövqeyİndə dəyİşİklİk

Kanadada Formula 1 üzrə dünya çempionatının 7-ci mərhələsi keçirilib. Bu mərhələdə azarkeşlər almaniyalı pilot Sebastyen Fettelin inamlı çıxışının şahidi olublar. “Ferrari” komandasının təmsilçisi finişə birinci gəlməklə mövsümdə üçüncü, karyerasında isə 50-ci qələbəsinə imza atıb. Kanada mərhələsində qazandığı qələbə ilə o, ümumi nəticədə də liderliyə yüksəlib. Hazırda S. Fettel 121 xalla ən yaxın rəqibi L. Hamiltonu 1 xal geridə qoyur. Yeri gəlmişkən, britaniyalı dünya çempionu bu dəfə yalnız 5-ci yerlə kifayətlənib. 7-ci mərhələdə ikinci və üçüncü yerləri isə müvafiq olaraq Valtteri Bottas və Maks Verstappen tutur.

Yarışla bağlı təəssüratlarını bölüşən S. Fettel bunları deyib: “Bu qələbə bizim azarkeşlərimiz üçün olduqca vacib idi. İlk növbədə ona görə ki, bir zamanlar “Ferrari”nin uğurları üçün çalışan Jil Vilnevin Kanada trassında qazandığı qələbədən 40, Mixael Şumaxerin isə məhz bu marşrutda imza atdığı uğurdan 14 il keçir. Bu gün biz uzun fasilədən sonra yenidən qələbə əldə etdik. Yarışdan əvvəl mən bu barədə düşünmüşdüm. Xüsusən son 10 dövrədə Allaha yalvarırdım ki, avtomobilimlə heç nə baş verməsin. Düzdür, xallar çox önəmlidir. Lakin bir daha qeyd edirəm ki, bu qələbə yalnız çempionluq baxımından önəmli deyil. Mövsüm uzundur və qarşıda bizi hələ çox yarışlar gözləyir. Əsas odur ki, bolid sürətlidir və biz mübarizə aparmaq gücündəyik”.

Növbəti mərhələ iyunun 24-də Fransada təşkil olunacaq. 

 

2018 Formula 1. Kanada mərhələsi - Final

1 Sebastyen Fettel Ferrari -
2 Valtteri Bottas Mercedes 6.496
3 Maks Verstappen Red Bull Racing 7.702
4 Daniel Rikkardo Red Bull Racing 19.625
5 Lyuis Hamilton Mercedes 21.408
6 Kimi Raykkonen Ferrari 27.308
7 Niko Hulkenberq Renault 1 lap
8 Karlos Saynz Renault 1 lap
9 Esteban Okon Force India 1 lap
10 Çarlz Leklerk Sauber 1 lap
11 Pyer Qasli Toro Rosso 1 lap
12 Romeyn Qrojan Haas 1 lap
13 Serxio Perez Force India 1 lap
14 Kevin Maqnussen Haas 1 lap
15 Markus Eriksson Sauber 2 laps
16 Stoffel Vandoorn McLaren 2 laps
17 Serqey Sirotkin Williams 2 laps
     Fernando Alonso McLaren
     Lens Stroll Williams
     Brendon Hartli Toro Rosso

 

Ümumi nəticə

S. Fettel – 121 xal

L. Hamilton – 120 xal

V. Bottas – 86 xal

D. Rikkardo – 84 xal

K. Raykkonen – 68 xal

M. Ferstappen – 50 xal

F. Alonso – 32 xal

N. Hulkenberq – 32 xal

K. Saynz (kiçik) – 24 xal

K. Maqnussen – 19 xal


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər